“Azərbaycanlı əsgər “sərhədimizi” keçir, əsgərimizi əsir götürüb qabağına qatıb aparır, amma bu səriştəsiz, kapitulyator Nikol heç nə edə bilmir. İnanın ki, bu günlər mən özümü çox narahat hiss edirəm. Niyə? Çünki “əcdadlarımızın torpaqlarını” satanlar mitinq, seçki keçirib yenidən baş nazır olmaq üçün təşviqat kampaniyaları aparırlar. İşğal olunmuş bir ölkədə bunu necə etmək olar? Mənə gəldikdə isə, millət məndən təkid elədi deyə, mən də sizin qarşınıza çıxıb öz təbliğat kampaniyamı aparıram, amma buna baxmayaraq, çox utanıram.”
Bunları bilirsiniz kim deyir, Ermənistanın Masis bölgəsində ermənilərin qarşısına çıxıb yenidən baş nazir olmaq həsrəti ilə yanan Serj Sarkisyan.
...Amma burada bir şey məlumdur, o da Serjin yalan danışması. Diqqətlə baxsanız, siz də onun yalan danışdığını sezəcəksiniz. Əgər Serj, doğrudan da belə “utancaqdırsa”, bəs onda niyə özü öz təbliğatını aparır? Buna deyən gərək, sən əgər doğrudan da, belə “vətənpərvərsənsə”, onda niyə “vətənin ağır günündə” öz razılığınla “halal” hakimiyyətindən vaz keşdin? Səbəb məlumdur. Çünki bütün gözləniləsi ehtimal etdiyin hadisələrin əsas səbəbkarı kimi, sən Ermənistanı gözləyən “təhlükəni” yaxşı başa düşürdün.
...Yadındamı, 2016-cı ilin Aprel döyüşlərində “itirdiyiniz” ərazilər. Mən hələ döyüş meydanında məhv edilən 600-lə 800 arasında və ya bəlkə də daha çox ehtimal edilən “məğlubedilməz erməni əsgərlərinin” meyitlərini demirəm. Həmin ərəfədə müharibəni dayandırmaq üçün Kremlə “ilan dili” çıxarmışdın. İrəvandakı əsas dövlət səlahiyyətlilərini Mockvaya, rusların ayağına düşüb yalvarmağa göndərmişdin. Şifahi də olsa, Azərbaycanın bütün şərtlərini yerinə yetirməyə söz vermişdin. Yadındamı, həmin ərəfədə Azərbaycan tərəfi humanizm nümayiş etdirərək müharibəni dayandırdı...
...Yeri gəlmişkən, burada da dünya dahilərinin siz ermənilərin hansı xislət sahibi olduğunuzu xatırlatmadan keçinmək olmur. Təbii ki, həmin ərəfədə Serjin müharibəni dayandırmaqla bağlı Azərbaycan tərəfinə etdiyi yalvarışlar “nəzərə alınsa da”, amma alman səyyahı Alferd Kertenin ermənilər barədə dedikləri “...erməni ilə hər hansı bir iş görəndə, onda heç bir sənədləşmə aparmağın əhəmiyyəti yoxdur, çünki siz, sadəcə, şərə rast gələcəksiniz” fikirləri “nəzərdən qaçmışdı”.
Əslində, bunu “nəzərdən qaçmaq” da demək olmazdı, sadəcə, Azərbaycan tərəfi münaqişənin sülh yolu ilə həllinin tərəfdarıydı deyə, atəşkəsi dayandırdı.
Amma indi Serj Sarkisyanın “seçiciləri” qarşısına çıxıb, Nikolu “kapitulyator” adlandırıb, baş verənlərin onu “dəhşətə” gətirməsini deməsi, doğrudan da, adama gülünc görünməklə yanaşı, hətta adamda bu bəstəboya qarşı ikrah hissi də oyadır.
...Təbii ki, çoxlarınız Mirzə Fətəli Axundovun Azərbaycan ədəbiyyatında realist nəsrin gözəl nümunəsi olan “Aldanmış kəvakib” povesti barədə məlumatlısınız. Əsərdə, şahın münəccimi ona göydə ulduzların toqquşacağı və bu toqquşma zamanı ölkənin şahına xətər toxunacağı xəbərini gətirir. Bəs, şahı bu xətərdən qorumaq üçün neyləməli? Əsərdə münəccim şahı gözlənilən xətərdən sovuşdurmaq üçün müvəqqəti də olsa onun taxtandə birisinin əyləşdiriıməsini məsləhət görür... Təbii ki, xətər sovuşduqdan sonra təzədən şahı öz taxtına qaytarmaq şərtilə...
...Sizi bilmirəm, amma mən Sarkisyanın bu əsər barədə məlumatlı olduğuna şübhə etmirəm. Çünki Serjə “erməni münəccimi” deməsə də, amma o özü Azərbaycanın ondan Aprel müharibəsində verdiyi “erməni sözü”nün hesabatını tələb edəcəyini yaxşı qanırdı. Ona görə də, o, müvəqqəti də olsa, hakimiyyəti kiməsə “ötürməli idi”.
Beləliklə də, çanaq ermənilərin “bəh-bəhlə” hakimiyyətə gətirdikləri “demokrat” Nikol Paşinyanın başında sındı.
“...30 il idi ki, azərbaycanlılar bizə hücum etməyə risk etmirdilər, amma indi “ərazimizə” daxil olub əsgərlərimizi əsir götürürlər. Hakimiyyət isə heç nə edə bilmir. Bu artıq belə davam edə bilməz”. Serjin sözləridir.
...Seçicilərə özünün həmişə erməni ordusunun yanında olduğunu deyən Sarkisyan, Azərbaycan əsgərinin sərhədi keçib, erməni əsgərini əsir kimi qabağına qatıb apardığını deyərkən, onun bundan sonra baş nazir “seçiləcəyi” təqdirdə belə, yenidən erməni ordusunun yanında olacağına şübhə edirəm.
Ağasəf Babayev