NATO-nun baş katibi Yens Stoltenberq əmindir ki, 14 iyun tarixində Brüsseldə keçiriləcək sammitdə alyans ölkələrinin liderləri Rusiya ilə yanaşı Ryanair təyyarəsinin Minskə enməsi hadisəsini də müzakirə edəcəklər. Diaspor info RİA Novostiyə istinadən xəbər verir ki, Stoltenberq, çərşənbə axşamı Londonda baş nazir Boris Conson ilə görüşüb və ortaq bir bəyanat zamanı bu sözləri söyləyib.
"Əminəm ki, görüş zamanı NATO liderləri bu məsələni müzakirə edəcəklər. Bu, Belorusiyanın qəbuledilməz davranışına reaksiya və daha iddialı Rusiyaya veriləcək cavabın bir hissəsi olacaq, çünki bu davranışı görürük. Biz Rusiyanın və Belarusiya yaxından əməkdaşlıq etdiyini müşahidə edirik”, deyə o bildirib.
Stoltenberq, İngiltərə və Avropa Birliyi tərəfindən Belarusiyaya qarşı tətbiq olunan sanksiya qərarını dəstəklədiyini dilə gətirib və indi "bu sanksiyaların tam tətbiq olunduğundan əmin olmağın vacibliyini", vurğulayıb.
Müəllif: İnam Hacıyev