Bir ildən artıq müddətdə dünyanı cənginə alan pandemiya dünyanın inkişaf etmiş ölkələrinin də iqtisadiyyatları ilə yanaşı ictimai həyatına ağır zərbələr endirdi. Pandemiyaya qarşı mübarizədə cəmiyyətin bütün sahələri çətin sınaq qarşısında qaldı. Qısa zaman ərzində bu mübarizədə hər bir ölkənin öz metod və vasitələrini görmək mümkün oldu. COVID-19 pandemiyası zamanı hər bir dövlətin öz strategiyası, koronavirusa qarşı mübarizədə fərqli yanaşma tərzi və öz metodları mövcud oldu.
Pandemiya ilə mübarizədə ümumbəşəri həmrəylik əldə olunsa da COVİD-19 virusu bütün dünya üçün hələ də bir nömrəli problem olaraq qalmaqdadır. Panemiyanın elə ilk aylarında bir çox ölkələrin sarsılmaz görünən iqtisadiyyatı iflasa uğradı, bəzi aparıcı ölkələrin səhiyyə sisteminin acizliyi üzə çıxdı, inkişaf etmiş dövlətlərin sənayeləri tənəzzülə uğradı. Pandemiyanın iqtisadiyyatın bütün sahələrinə, təhsil, idman, mədəniyyət, kənd təssərrüfatına və digər sahələrə vurduğu ziyan nəticəsində bir çox ölkələrin vətəndaşlarının rifah halının qorunması dünyanın lider dövlətlərini də böyük bir problemlə üz-üzə qoydu.
Virusun ölkəmizdə qeydə alındığı ilk gündən həyata keçirilən qabaqlayıcı tədbirlər bir daha sübut etdi ki, ölkəmizdə insan amili, Azərbaycan vətəndaşının rifah halının yaxşılaşdırılması dövlətimizin yürütdüyü siyasətin əsas istiqamətlərindəndir. Cənab İlham Əliyevin rəhbərliyi ilə vaxtında aparılan düzgün siyasət pandemiya ilə mübarizədə öz sözünü deyə bildi. Düşünülmüş və qabaqlayıcı tədbirlər Azərbaycanda insan ölümü, virusa yoluxma və maddi ziyan baxımından itkilərin az olması ilə nəticələndi.
Azərbaycan Resublikasının Prezidenti İlham Əliyevin BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının 2021-ci il 26 aprel tarixində keçirilən 77-ci sessiyasındakı çıxışında pandemiya ilə mübarizənin yeni mərhələsi olan vaksinasiya məsələsində də MDB məkanında ən yüksək nəticə göstərərək Azərbaycanın hətta dünyanın vaksin istehsal edən ölkələrini də qabaqladığnı qeyd etmişdi. Ümumdünya Səhiyyə Assambleyasının 2021-ci il 31 may tarixində keçirilmiş 74-cü sessiyasında Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyev pandemiya ilə mübarizə işinin effektiv təşkili üçün ölkənin bütün imkanları
səfərbər olunduğunu vurğulayaraq pandemiyanın iqtisadiyyatımıza mənfi təsirinin azaldılması məqsədilə Azərbaycan hökuməti tərəfindən sistemli tədbirlərin görüldüyünü qeyd etmişdir. 2021-ci ilin yanvar ayından ölkəmizdə vaksinasiya prosesinə başlanılmışdır. “Sinovak”, “ AstraZeneca” və “Sputnik” vaksinləri ölkəmizə gətirilmiş və əhalinin sağlamlığının maksimum şəkildə qorunması üçün peyvəndləmə prosesi uğurla davam etdirilir. Lakin, dünyanın bir sıra ölkələrində vaksinasiya ilə bağlı çox ciddi problemlər mövcuddur. İqtisadi göstəriciləri zəif olan ölkələr sanki unudularaq taleyin hökmünə buraxılıb. Dünya dövlətlərinin hamısı Pandemiyada həmrəy olub birlik göstərməli və bu xəstəliyin qarşısını qətiyyətlə almalıdırlar. Pandemiya ilə mübarizədə həəmrəylik ən əsas meyardır. Azərbaycan hər zaman bu prinsiplərə sadiq qalaraq dünyanın müxtəlif ölkələrinə tibbi, humanitar və maliyyə yardımları göndərmişdir. Bunun üçün də ölkəmiz Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən ən nümunəvi ölkələr sırasındadır.
İlqam Əskərov,
YAP Pirallahı rayon təşkilatının Aparat rəhbəri