Dəniz nəqliyyatı ilə 2021-ci ilin yanvar-aprel aylarında daşınmış yüklərin həcmi 1 milyon 994,7 min ton təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,0 faiz azalıb. Diaspor info xəbər verir ki, yüklərin 42,5 faizini neft yükləri təşkil edib.
Dəniz limanları tərəfindən 3 milyon 159,4 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 3 milyon 042,1 min tonunu və ya 96,3 faizini tranzit yüklər təşkil edib. 2021-ci il may ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 78,4 min ton olub.
Dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2020-ci ilin müvafiq dövrünə nisbətən 25,9 faiz azalaraq 4,3 min nəfər olub.
Müəllif: Aysel Məmmədova
70