İsveçrə hökuməti, Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Co Baydenin 16 iyun tarixində Cenevrədə keçiriləcək görüşü ilə əlaqədar hava məkanının istifadəsini müvəqqəti məhdudlaşdırmağa qərar verdi.
"11 iyun tarixli iclasında Federal Şura 2021-ci il iyunun 15-dən 17-dək Cenevrədə Prezident Bayden və Prezident Putin arasında keçirilən görüş zamanı hava məkanının istifadəsinə dair müvəqqəti məhdudlaşdırmanı təsdiqlədi" - İsveçrə hökumətinin açıqlamasında deyilir.
Bir gün əvvəl Bayden və Putin arasındakı görüşün Cenevrə gölünün solundakı bir park sahəsinin ortasında yerləşən məşhur “Villa La Grange”də baş tutacağı məlum oldu. İsveçrə polisi və ordusu villanı əhatə edən 2 parkı bağlayıb, barrikadalar və tikanlı məftillər düzəldib.
Elçin
120