Sumi vilayətinin qubernatoru Vasil Vasilovic Xoma ilə görüşümüz çox faydalı keçdi. Ukrayna Azərbaycan əlaqələrinin inkişafında dəstəklərinə görə, eləcə də ölkəmizin ərazi bütövlüyü uğrunda apardığımız haqq davasında verdikləri dəstək üçün təşəkkürümüzü bildirdik. Dahi Azərbaycan şairi Nizami Gəncəvinin Sumi şəhərində abidəsinin ucaldılması ilə bağlı, Xarkov şəhərində Azərbaycan Respublikasının Fəxri Konsulluğu və İSBAM adından rəsmi müraciət müraciətiniz Qubernator tərəfindən müsbət qarşılandı. Cənab Vasili Vasilovicə müraciətinizə razılıq verdiyi üçün təşəkkürümü bildirirəm . Həmçinin bu fəaliyyətlərdə xüsusi zəhməti olan Fəxri Konsulumuz Əfqan Salmanov a minnətdarlığımı bildirirəm.
162