Verilən vəd niyə yerinə yetirilmir? - Putindən REAKSİYA
Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın keçmiş sovet rəhbəri Mixail Qorbaçova NATO-nu şərqə doğru genişləndirməmək barədə vəd verdiyini xatırladıb. DİASPOR.İNFO xəbər verir ki, o, bu barədə Amerikanın NBC kanalına müsahibəsində danışıb.
“Sovet dövründə Qorbaçova NATO-nun şərqə doğru genişlənməyəcəyi vəd edildi. Tanrıya şükür, o, hələ sağdır, özündən soruşun, bu vəd şifahi olaraq verildi, amma verildi. Bəs indi bu vəd niyə yerinə yetirilmir?”, - Rusiya lideri bildirib.
Müəllif: Aysel Məmmədova
245