DSMF İdarə Heyətinin sədri şəhid ailəsi ilə görüşüb
Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Himalay Məmişov Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızdan biri - Ağayev Ramil Ağarəhim oğlunun ailə üzvləri ilə görüşüb. Ramil Ağayevin ailəsinin sosial vəziyyəti öyrənilib.
DİASPOR.İNFO xəbər verir ki, görüşdə ailəyə Vətən müharibəsi iştirakçıları, qazi və şəhid ailələri üçün nəzərdə tutulan sosial dəstək tədbirləri barədə məlumat verilib, onların sosial vəziyyətinin həmişə diqqətdə saxlanılacağı bildirilib.
Qeyd edək ki, Ramil Ağayev 2020-ci il oktyabrın 13-də Hadrut qəsəbəsi uğrunda gedən döyüşlərdə şəhid olub. Prezidentin Sərəncamı ilə “Vətən uğrunda”, "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Müəllif: Aysel Məmmədova