Putin cənab Prezident İlham Əliyevə təşəkkür etdi QARABAĞLA ƏLAQƏDAR
Rusiya prezidenti Vladimir Putin Dağlıq Qarabağdakı vəziyyətin həlli üçün kompromis həllər tapdığı üçün Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib. DİASPOR.İNFO RİA Novostiyə istinadən xəbər verir ki, bu təşəkkürünü Rusiya rəhbəri Azərbaycan Prezidenti ilə Kremldə görüşünün əvvəlində deyib.
"Əlbətdə ki, bölgədəki vəziyyətin həlli məsələsi ən vacib məsələlərdən biri olaraq qalır. Bilirəm ki, əlbəttə ki, buna çox diqqət və əhəmiyyət verirsiniz və kompromis həllər tapdığınız üçün sizə təşəkkür etmək istəyirəm", deyə Putin qeyd edib.
"Bunlar hər zaman ən çətin iş olub. Ancaq istəyiriksə və hamımız həll yolu axtarırıqsa, bu yolu tutmalıyıq. İndiyə qədər bunu bacardıq", deyə Rusiya rəhbəri əlavə edib.
Xatırladaq ki, 2020-ci il sentyabr ayının sonunda Ermənistan tərəfinin təxribatlarının məntiqi nəticəsi olaraq Dağlıq Qarabağda müharibələr yenidən başlayıb və bu uzunmüddətli münaqişənin davamına çevrilib, mülki əhali arasında da itkilərə səbəb olub. Tərəflər barışıq imzalamaq üçün bir neçə dəfə cəhd ediblər, lakin 10 Noyabr gecəsi əldə edilən üçtərəfli razılaşma müvəffəqiyyətli olub. Moskvanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan atəşin tamamilə dayandırılması, əsirlərin və ölülərin cəsədlərinin mübadiləsi barədə razılığa gəliblər. Bundan əlavə, bölgədə rus sülhməramlıları da var.
Müəllif: İnam Hacıyev