Prezidentimizin işgüzar səfəri: Rusiyanın qazancı nə oldu
Prezident Ilham Əliyevin Rusiyaya işgüzar səfəri baş tutub. Prezident İlham Əliyevi Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko və digər rəsmi şəxslər qarşılayıblar. Görüşdə Rusiya prezidenti Vladimir Putin İlham Əliyevi “Qurban bayramınız mübarək. Sizi təbrik edirəm, ən xoş arzularımı bildirirəm” deyərək təbrik edib. Azərbaycanla qurulan əlaqələrin önəmdindən, perspektivlərindən və tarixində də danışan Vladimir Putin gələcəkdə yeni əməkdaşlıq planlarından da danışıb. Vladimir Putin eyni zamanda Azərbaycan-Rusiya münasibətlərinin önəmini vurğulayaraq bunları deyib: “Gələn il bizim böyük bayramımız olacaq – diplomatik münasibətlərin yaradılmasının 30 illiyi. Moskvaya gəlməyə razılıq verdiyiniz üçün Sizə təşəkkür edirəm. Tanrıya şükür, koronavirusdan sonra münasibətlərimiz bərpa olunur, ilk növbədə, iqtisadiyyatı nəzərdə tuturam. Keçən il müəyyən azalma olmuşdu, indi inamlı artım, bərpa gedir. Rusiya iqtisadiyyat sahəsində inamla lider yerlərdən birini tutur və bizim hökumətlərarası komissiya fəal işləyir, orada əməkdaşlıq istiqamətləri çoxdur.
Biz yaxın vaxtlarda sizə nüfuzlu nümayəndə heyəti göndərməyi planlaşdırırıq, bu nümayəndə heyəti həmin məsələlərlə artıq Bakıda məşğul olacaq. Onlar müxtəlif məkanlarda müntəzəm surətdə görüşürlər. Bu, müxtəlif istiqamətlər üzrə qarışıq qrup olacaq. Həm sənaye, həm nəqliyyat, həm infrastruktur və bəzi başqa məsələlər nəzərdə tutulur.
Biz indi koronavirusa qarşı mübarizədə get-gedə daha fəal əməkdaşlıq edirik. Məncə, artıq 100 min doza vaksin göndərilib”.
Prezident İlham Əliyev də öz növbəsində bütün Rusiya müsəlmanlarını bayram münasibəti ilə təbrik edib. Eyni zamanda Prezident İlham Əliyev də ikitərəfli əlaqələrin qurulmasının əhəməiyyətindən danışıb. Şimal-cənub tranzit yolunun, inkişafından da danışılıb. “Sputnik V” vaksinin Azərbaycana gəlişinin əhəmiyyəti isə xüsusilə vurğulanıb.
Eyni zamanda müharibədən sonraki dövrdə Rusiyanın məsələnin həlli istiqamətində fəaliyyətinin önəmi də vurğulanıb. Bu ölkənin bölgədəki münaqişə qarşı həssas olub sülh təminatçısı rolu oynadığı da təqdir olunub. “Bizim qarşılıqlı fəaliyyətimizlə bağlı mühüm məsələləri yenidən müzakirə etmək üçün yaxşı imkandır. Təbriklərə görə sağ olun. Fürsətdən istifadə edib Rusiyanın bütün müsəlmanlarını Qurban bayramı münasibətilə təbrik etmək istərdim. Bu, həmrəylik bayramı, birlik bayramıdır.
Əlbəttə, ikitərəfli gündəlik barədə Sizinlə tam razıyam ki, biz çox inamla irəliləyirik. İlin birinci yarısında əmtəə dövriyyəsi artıb. Bu, çox vacibdir, çünki keçən il bizdə 10 faizdən çox azalma olmuşdu. Nəqliyyat-tranzit münasibətləri məsələsində də əməkdaşlığı fəal surətdə genişləndiririk. Mənə verilən məlumata görə, Şimal-Cənub nəqliyyat dəhlizi üzrə keçənilki ilə müqayisədə təqribən 20 faiz çox yük daşınıb. Beləliklə, bu dəhliz artıq işləyir, demək olar ki, geniş həcmdə.
Koronavirusa qarşı mübarizədə köməyə görə təşəkkür etmək istərdim. Biz Rusiyadan 200 min dozadan artıq “Sputnik V” vaksini almışıq və bu vaksinin yenə göndərilməsi gözlənilir. Bilirəm ki, onu almaq istəyənlərin sayı lap çoxdur. Ona görə ki, bu vaksin öz effektivliyini sübut edib və əlbəttə, yəqin ki, hamını təmin edə bilmək də çox çətindir. Lakin Sizin dostlarınız, tərəfdaşlarınız kimi bir daha təşəkkürümü bildirmək istəyirəm ki, biz vaksini alanlar arasında ilk sıralardayıq.
Əlbəttə, regionda münaqişədən sonrakı vəziyyət mövzusu da var. Bu məsələyə daimi diqqətinizə, çox vacib və həssas məsələlərin həllində şəxsən iştirakınıza görə Sizə təşəkkürümü bildirmək istərdim. Biz Sizinlə daim əlaqə saxlayırıq. Hərbi əməliyyatlar başa çatandan sonra ötən səkkiz ay ərzində, zənnimcə, yanvar ayında Moskvada şəxsən görüşümüz və telefon söhbətlərimiz vəziyyətin sabitləşdirilməsi işində çox mühüm rol oynayıb. Biz qətiyyətlə münaqişədən sonrakı dövrün maksimum ağrısız keçməsi əzmindəyik. Düşünürəm ki, ümumi səylərimizlə buna nail olacağıq”.
Beləliklə sabitliyə gedən yolda da qonşu Rusiya ilə əməkdaşlıq edən Azərbaycan bir çox məqsəd hədəfləyib. Eyni zamanda Rusiya tərəfi də sabitlikdən əldə olunacaq mənfəəti düşünərək bu məsələyə kifayət qədər həssas yanaşmağa çalışır. Bu sabitlikdən əldə olunan strateji-iqtisadi imkanlarla əldə edəcəyi mövqe ilə daha güclənəcək Rusiyanın bir çox məqsədi var. Məsələn sərhəd ölkələri nəzdində sabitlik bu ölkənin yaxın ətrafını qərbin təsirindən uzaqlaşdırır. Bildiyimiz kimi qərb əsasən münaqişə ocaqlarından istfadə edərək orada öz köklərini sala bilir.
Gördüyümüz kimi Qarabağ münaqişəsi də həll olunan kimi qərb və Amerika yönümlü qüvvələr sakitcə çıxıb getməli oldular. Belə olduqda isə Rusiya həm də öz sərhədlərinin mühafizəsi üçün belə bir addım atmağa məcbur idi. Rusiyaya tranzit yollarından qazanacağı iqtisadi gəlirdən daha çox, sərhəd təhlükəsizliyi önəmlidir. Məsələn İrəvanda saxlanılması planlanan ABŞ qoşunu Rusiyaya birbaşa riskdir. Digər tərəfdən isə Rusiya bu riskin qarşısını almaq üçün əlavə olaraq milyonlarla vəsait ödəyib hərbi müdafiə strukturları qurmalıdır.
Müəllif: Zərdüşt Quluzadə