Paşinyan: Ermənistan regional kommunikasiyaların blokdan çıxarılmasını vacib sayır
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan-Ermənistan sərhədindən qoşunların çıxarılmasını əks etdirməyə hazır olduğunu bildirdi və sərhədlərin müəyyənləşdirilməsi prosesinə başlamaq üçün Rusiya sərhədçilərinin yerləşdirilməsini təklif edib.
"Biz sərhədlərdən qoşunların çıxarılması, sərhədlərin müəyyənləşdirilməsi və delimitasiyası prosesi istiqamətində şərait yaradacaq Rusiya sərhədçilərinin və ya beynəlxalq müşahidəçilərin yeridilməsinə dair təklifimizi təsdiqləyirik”- Paşinyan hökumət iclasında deyib.
Onun sözlərinə görə, bölgədəki hərbi-siyasi vəziyyət gərgin olaraq qalır.
“Ermənistan regional kommunikasiyaların blokdan çıxarılmasını vacib sayır. Nəticə əldə edəcəyimizi gözləməklə bu istiqamətdə işimizi davam etdirməyə hazırıq”- Paşinyan deyib.
Ermənistanın baş naziri Azərbaycanla sülh danışıqlarına başlamağa da hazır olduğunu təsdiqlədi.
"Sülh və sabitliyin alternativi yoxdur və Ermənistan hökuməti bölgə üçün bütövlükdə dinc inkişaf dövrü açmaq vəzifəsini yerinə yetirməyə sadiqdir"- Paşinyan vurğulayıb.
Elçi