AKP Azərbaycana nümayəndə heyəti göndərir - SƏFƏR PROQRAMI AÇIQLANDI
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) nümayəndə heyətinin sabah Azərbaycana gözlənilən səfər proqramı açıqlanıb. DİASPOR.İNFO-nun Türkiyədəki mənbələrə istinadən verdiyi məlumata görə, nümayəndə heyətinə AKP sədrinin müavini Numan Kurtulmuş rəhbərlik edəcək.
Məlumatda qeyd edilir ki, ötən ay Ankarada AKP ilə Yeni Azərbaycan Partiyası arasında imzalanmış əməkdaşlıq protokolundan sonra baş tutacaq səfər çərçivəsində nümayəndə heyəti Azərbaycan rəsmiləri ilə danışıqlar aparacaq. 4 günlük proqramda Azərbaycan Prezidenti İlham Əliyevlə də görüş gözlənilir. Görüşlər zamanı AKP ilə Yeni Azərbaycan Partiyasının Türkiyə və Azərbaycanda birlikdə həyata keçirəcəkləri layihələr müzakirə olunacaq.