Pyotr Petrovski: “Seçkilərdə iştirak edən bu zümrə məhz revanşist və millətçi gücləri dəstəkləyərək, hərbi əməliyyatlara çağırışlar edənlərdirlər
Belarus prezidenti Aleksandr Lukaşenkonun bu yaxınlarda Minks və Bakı arasındakı dostluq münasibətlərini ən yüksək səviyyədə qiymətləndirməsi, eləcə də Azərbaycanın çoxsaylı təzyiqlərə rəğmən, Qərbə tərəf istiqamət götürməməsi barəsindəki fikirləri, daha dəqiq desək, Bakının Minsklə razılaşmaları müqabilində bu ölkəyə karbohidrogen resurslarını çatdırmasını dəyərləndirməsi Ermənistanda əsəbi reaksiyalarla müşahidə edildi. Belə ki, erməni siyasi ekspertlərinin xoşlarına gəlməyən amil Aleksandr Lukaşenkonun İlham Əliyevi Qarabağ münaqişəsinin həll olunmasındakı roluna verdiyi yüksək qiyməti oldu.
“Əlbəttə, sülhə aparan yol yeni başlayıb”, deyən Belarusun dövlət başçısı həm erməni, həm də Azərbaycan xalqının sakit və dinc həyat sürmələrinə haqları olduqlarını bildirib. Diaspor info xəbər verir ki, bu barədə BELTA nəşri yazıb. Aleksandr Lukaşenko həmçinin qeyd edib ki, Belarus hər zaman Azərbaycana istər texnologiyalar baxımından, istərsə də texniki cəhətdən yardım göstərməyə hazırdır.
Mövzu ilə bağlı rusdilli caliber analitik informasiya mərkəzinə müsahibə verən belaruslu politoloq, “Nomos” konservativ mərkəzinin direktoru, Belarusun Milli Elmlər Akademiyasının fəlsəfə üzrə elmi əməkdaşı, “Belaya Rus” Respublika ictimai birliyinin eksperti Pyotr Petrovski bildirib ki, bu gün erməni cəmiyyətində revanşçılıq və millətçilik ruhunda olan insanlar kifayət qədərdir və bu faktor xüsusilə Qarabağla bağlı situasiyada mövcuddur.
“Bax bu, tipik spekulyasiyadır! Ermənistan ictimaiyyəti revanşistlikdən və şovinizmlikdən kənara çəkilməlidir”
SİTAT: “Biz, seçkilərin nəticələrini gördük – seçicilərin 25%-ə yaxını ikinci prezident Robert Koçaryanın tərəfdarları olub. Seçkilərdə iştirak edən bu zümrə məhz revanşist və millətçi gücləri dəstəkləyərək, hərbi əməliyyatlara çağırışlar edənlərdirlər. Belarus Respublikası Ermənistanla iqtisadi sferada əməkdaşlıq edir. Ona görə də İrəvanın şikayət etməsinə dəyməz. Minsk həm KTMT, həm də Avrasiya İqtisadi İttifaqı çərçivəsindəki bütün razılaşmaları yerinə yetirir. Və mən xatırladıram ki, Ermənistanın özü Qarabağı Azərbaycanın tərkib hissəsi kimi görür. İrəvan “DQR”i tanımayıb, elə deyilmi?”.
Jurnalistin Ermənistanın baş naziri Nikol Paşinyanın “Qarabağ Ermənistandır” fikrini xatırlatmasına, lakin bu fikirlərin sənədləşdirilməməsinə cavab olaraq belaruslu politoloq bildirib. SİTAT: “Bax bu, tipik spekulyasiyadır! Ermənistan ictimaiyyəti revanşistlikdən və şovinizmlikdən kənara çəkilməlidir. Bu baxımdan, qoy iradlarını öz rəhbərliklərinə tərəf yönəltsinlər. Ermənilərə elə erməni ictimaiyyətinin özü ucbatından düşdükləri blokadadan çıxmaları üçün real siyasət çərçivəsinə geri dönmək lazımdır. Azərbaycanla, Türkiyə ilə və başqa ölkələrlə münasibətlərdə diplomatik əlaqələri yoluna qoymaq vacibdir. Məhz Moskva, Minsk və Ankara buna eyham vururdular”.
“Erməni cəmiyyətinin böyük hissəsində arxaik, tarixi-mərkəzçi düşüncəsi mövcuddur”
Pertovski müsahibəsi əsnasında digər məqamlara da toxunaraq bildirib ki, Ermənistan özünüblokada vəziyyətinə salıb və əlbəttə ki, böyük iqtisadi gecikmələrə məruz qalır. SİTAT: “Sərhədləri açmaq lazımdır, çünki bu erməni tərəfinə ciddi səmərə gətirə bilər. Əgər Ermənistanın mövcud rəhbərliyi bu barədə düşünmürsə, onda məndə bu ölkənin sükanı arxasında dayananların adekvatlıqları barədə suallar yaranır”.
Onun sözlərinə görə, ermənilər özlərini “ən qədim xalq” kimi sırımaqla nəsillərini az qala daş dövrünə bağlayırlar. “Onlar tarixdə ilişib-qalıblar, guya onların hansısa “qədimlikləri” başqaları qarşısındakı üstünlüklərini sübuta yetirir. Erməni cəmiyyətinin böyük hissəsində arxaik, tarixi-mərkəzçi düşüncəsi mövcuddur. İstərdim ki, Ermənistanda keçmişə deyil, gələcəyə baxsınlar. Və bir də: ölkələr arasındakı beynəlxalq razılaşmaları oxumaq lazımdır. Mənə belə gəlir ki, revanşistlər müharibədən sonra ölkə rəhbərliyinin imzaladığı Ermənistan respublikasının öhdəliklərini, həm Minsk razılaşmalarını, həm də Qarabağ üzrə digər razılaşmaları öyrənməlidirlər”, Belaruslu politoloq qeyd edib.
Rövşən RƏSULOV