BALAKƏNDƏ POLİS KARANTİN QAYDALARINA DAHA CİDDİ NƏZARƏT EDİR.
Diaspor.info saytının Şimal-Qərb bölgəsi xəbər verir ki, “Balakən polisi karantin qaydalarına necə riayət edir?” adlı sorğu keçirmək qərarına gəlib. Sorğudan öncə əməkdaşlarımız bir neçə şadlıq evində olmuş, hüzr yerlərində iştirak edərək, məhz polisin işi ilə maraqlanmışdır. İki gün öncə məmur övladının toyunda ətraflı araşdırma apararaq, belə qənaətə gəldik ki, Balakən polisinə görə qaydalar hamı üçün eynidir, istər məmur, biznesmen, istər də, fəhlə, sadə kəndli olsun. Bəli, araşdırmalarımız zamanı polis nəfərləri toya gələn bütün qonaqların, vaksin olması ilə bağlı passport vəyaxud da, Təbibin proqramına daxil olaraq, vaksini təsdiq edən sənədin sürətini öz gözləri ilə gördükdən sonra içəriyə daxil olmağa icazə verirdilər. Sevindirici haldır ki, polis nəfərləri vətəndaşlara çox böyük səbrlə, təmkinlə və mədəni davranırdı. Bu da bizim diqqətimizdən yayınmadı. Sonradan aldığımız məlumata görə Balakən rayon polis şöbəsinin rəisi Çingiz Aslanov gəldiyi gündən karantin qaydalarının hamı üçün eyni olduğunu əməli işi ilə sübut edib. Odur ki, artıq balakənlilər bilirlər ki, vəzifəsindən, pulunun çox vəya az olmasından asılı olmayaraq, qanun hamı üçün eynidir. Vətəndaşlarla söhbətim zamanı məlum oldu ki, hətta, Balakən RPŞ-nin rəis müavini Elxan Zamanov özü şəxsən gəzərək, yerindəcə obyektlərə baxış keçirir və heç bir vətəndaşın hüquqlarının pozulmasına imkan vermir. Bu bizim də, diqqətimizdən yayınmadı, belə ki, artıq insanlar bilirlər ki, qaydanı pozacaqsansa cəzanı da, alacaqsan.
Ümumiyyətlə isə, Çingiz Aslanovun Balakən RPŞ-nə rəhbər təyin olmasından az vaxt keçməsinə baxmayaraq, rayon ictimaiyyəti və ziyalılarının gözündə böyük nüfuz sahibinə çevrilib. Onların kollektiv şəkildə Dövlət və dövlətçiliyə sədaqətlə xidmət etməsi, digər rayonlardan fərqli olaraq, müavin rəis arasında xoş münasibətlərin olması heç kimin diqqətindən yayınmır. Bu gün Çingiz Aslanov kimi polis rəisinin, Elxan Zamanov kimi polis rəisinin birinci müavinini çoxlarına nümunə olacaq, bir kollektiv kimi göstərmək olar. Vətənə, Dövlətə, Cənab Nazirə və Cənab Prezidentə sədaqətlə xidmət edən polis məmurlarını müşahidə etmək isə biz jurnalistlərin və rayon ictimaiyyətinin işidir.
Bizimlə həmsöhbət olan “Diaspor Təşkilatlarının Monitorinq mərkəzinin “sədri “Diaspor.info “ saytının baş redaktoru Əlmaniz Ələkbərli də, Balakən RPŞ-si haqqında öz fikirlərini bölüşdü. O dedi ki, Cənab nazirə də, bu barədə müraciət edib. Və sonda dedi ki, əgər tənqid yazırıqsa, ədalətli olmağımız vacibdir. Tənqidlə yanaşı ədalətli tərif də, yazmaq lazımdır. Onun Azərbaycan Respublikasının Daxili İşlər Nazirinə ünvanladığı məktubu olduğu kimi oxucularımıza çatdırırıq.
“ SALAM CƏNAB NAZİR!
Mən Azərbaycan Jurnalistlər və Yazıçılar Birliyinin üzvüyəm, Ukraynada keçirilən "İlin Jurnalisti" müsabiqəsinin qalibiyəm. (xarici jurnalistlər arasında)
Bu günlərdə Balakən rayonunda köhnə dostlarımdan birinin, məmur övladının toyunda oldum. Sizin rəhbərliyiniz altında Balakən RPŞ-nin rəisi Çingiz Aslanovun və onun birinci müavini Elxan Zamanovun necə yaxşı işlədiyinin şahidi oldum. Avropanın yarısını gəzən bir jurnalist, ziyalı kimi deyə bilərəm ki, Azərbaycan polisi artıq dünyaya nümunə olacaq polisdir. Buna görə məhz Sizə təşəkkür edirik. Sizin tapşırıqlarınız Dövlət və dövlətçiliyə sədaqətiniz Balakən polisində daha çox hiss olunur. Bu Balakən polisinin öz nazirinə və Prezidentinə sədaqətindən xəbər verir. Polislər fərqinə varmadan ki, məmur övladının toyudur qanunun keşiyində dayanmışdılar və çox səbrlə, mədəni davranışı ilə diqqətimi çəkdilər. Elxan müəllim isə şəxsən özü karantin qaydalarına nəzarət edərək öz rəisinə sədaqət nümayiş etdirirdi. Hər halda xoş hadisəni yazmağı özümə borc bildim.”
Hörmətlə: Əlmaniz Ələkbərli
Regionda Media və Cəmiyyət
MMC-nin rəhbəri
Diaspor.info saytının Şimal-qərb bölgəsi karantin qaydalarıarına necə riayət olunmasıyla bağlı aşdırmalarını davam etdirir.
Diaspor.info
Balakən bürosu