Sadiq Ələkbərli: Bu gün Naxçıvan polisi nizam-intizamına görə bir addım öndədir.
Polis deyərkən, ilk ağıla gələn fikir, asayiş keşikçisi, vətəndaşların müdafiəçisi, sabitliyin təminatçısı olmalıdır. Naxçıvanda pandemiya dövründə, polis özünü xalqa həm də, bir dost, qardaş olaraq, sevdirə bildi. Onlar gecə-gündüz yorulmadan xalqımızın keşiyində dayandılar ki, xəstəlik daha da, sürətlənməsin. İnsanlara, kimsəsiz və ahıllara, övladlarından da, yaxşı dəstək olaraq, bir daha özlərinə qarşı sevgini artırdılar. Naxçıvan polisi müasir avadanlıqlarla təchiz olunduğu üçün, bir çox sahələrdə, dünyada nümunə göstəriləcək səviyyədə xidmət göstərir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov tərəfindən daxili işlər nazirliyinə göstərilən diqqət və qayğı sayəsində Naxçıvan MR-da, digər bölgələrimizə baxdıqda bu gün, vəziyyət daha sabitdir. İstər cinayətkarlığa qarşı mübarizədə, istər ictimai-siyasi asayişin qorunmasında, narkomaniyaya qarşı mübarizədə, istərsə də, karantin qaydalarının pozulmasına qarşı aparılan mübarizədə xidmət yüksək səviyyədədir.
Naxçıvan Daxili İşlər orqanlarında narkomaniyaya qarşı mübarizəyə daha ciddi şəkildə önəm verilir. Belə ki, digər yerlərdə olduğu kimi, azyaşlılar arasında, vəyaxudda gənclər arasında demək olar ki, narkoman yoxdur.
Naxçıvan Dövlət Universitetinin tələbə-jurnalisti, vəyaxud bir gənc olaraq, qeyd edə bilərəm ki, hal-hazırda Azərbaycan Respublikası üzrə narkomaniyanın ən az yayıldığı, hətta yox səviyyəsində olduğu bölgə Naxçıvan MR-dır. Bu mənim şəxsi fikrimdir, necə deyərlər, artıq iki ildir ki, burada yaşadığım üçün müşahidələrim bunu deməyə mənə əsas verir.
Hərdən Naxçıvan şəhərində qonşu dövlətlərdən gəlmiş turistlərlə rastlaşdığım vaxtlarda, çalışırdım ki, onların dilindən Azərbaycan haqqında fikir öyrənim. Ən çox məni cəlb edən fikirlər, təhlükəsizliyin və sabitliyin yüksək olması haqqında deyilmiş sözlər olurdu. İrandan gəlmiş soydaşlarımız məhz təhlükəsizlik baxımından Naxçıvanda istirahətə üstünlük verdiklərini xüsusi vurğulayırdılar. Ümumiyyətlə xarici turistlər tarixi abidələri ilə zəngin olan Naxçıvanı seçdikləri üçün, heç vaxt peşiman olmadıqlarını deyirdilər.
Şəxsən mən özüm də, Universitetə qəbul olmazdan öncə Naxçıvan MR-na gəzmək üçün gəldiyimdə buradakı şəraiti görüb, seçimimdə Naxçıvan Dövlət Universitetinin 1-ci yerdə olmasını istədim və qəbul oldum. Səyahət etdiyim hər xarici dövlətdə, hər bölgədə yaradılan bu gözəl şərait haqqında fəxr hissi ilə danışıram. İlk dəfə Naxçıvana gəlməmişdən öncə bir neçə il Ukraynada yaşadığım üçün, bir çox böyük şəhərlərdə olmuşdum. Müasir Naxçıvanı daha çox bəyəndiyim üçün, məhz buranı seçdim, hansı ki, Avropa Ali məktəblərini də, seçmək imkanım olub. Naxçıvana elə vurulmuşam ki, qarşılaşdığım, söhbət etdiyim insanlar arasında Naxçıvanı təbliğ edirəm. İstəyirəm ki, onlar da, gəlib burada yaradılan şəraiti öz gözləri ilə görsünlər.
Turist kimi getdiyimiz böyük şəhərlərin təmizliyi, tarixi abidələri həmişə diqqətimizi çəkib. Bəs öz doğma diyarımız olan Naxçıvan MR-da sadaladığımız bütün gözəlliklər olduğu halda, onu niyə təbliğ etməyək?
Azərbaycan gənci kimi, şəxsən öz adımdan, çəkilən əziyyətə, gəncliyə göstərilən qayğıya və diqqətə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbova xüsusi minnətdarlığımı bildirirəm.
Naxçıvan MR-da, qayda-qanun, nizam-intizamın yüksək səviyyədə olmasına görə isə, Naxçıvan MR-sı Daxili İşlər Naziri cənab Fazil Ələkbərova təşəkkür edirəm.
Sadiq Ələkbərli
Diaspor.info saytının
Naxçıvan bürosunun rəhbəri