NOVOMOSKOVSK AZƏRBAYCANLILARI DÖVLƏTİMİZİN VƏ XALQIMIZIN YANINDA OLDUQLARINI HƏMİŞƏ SÜBUT EDİBLƏR.
Diaspor.infonun Ukrayna bürosu xəbər verir ki, 44 günlük “Vətən” müharibəsi başlanan gündən, zəfərlə başa çatana kimi Novomoskovsk Azərbaycanlıları səfərbər olmuş, dövlətimizə, xalqımıza öz mənəvi və maddi dəstəklərini göstərmişdilər.
“Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin” Novomoskovsk şəhəri üzrə sədri Şikar Hüseynov bu barədə saytımızın Ukrayna bürosuna danışıb:” Ali baş komandanın rəhbərliyi ilə “Vətən” müharibəsi başlanan gündən, zəfərlə başa çatana kimi, şəhərimizdə yaşayan bütün Azərbaycanlı kişilər səfərbər olmuşdular. Əvvəlcə cavanlarımız orduya dəstək olmaq üçün Azərbaycana döyüşməyə getmək istədiklərini
bildirdilər. Lakin aldığımız məlumata görə Azərbaycan ordusu yetərincə güclü olduğuna görə, digər ölkə vətəndaşlarının dəstək üçün Azərbaycana gəlməsinə heç bir lüzum yox idi. Onda biz düşündük ki, maddi dəstəyimizi göstərək, fərqi yoxdur, istər “Silahlı Qüvvələrə Yardım Fondu” olsun, istər də, Şəhid ailəsi, qazilərimizə dəstək üçün olsun, əsas fikrimiz odur ki, Vətənimizin dar günündə onun yanında olaq və olduq da, şəxsən mən özüm min dollar, müavinim hörmətli iş adamı İnqilab Vəliyev də, min dollar verdi. Bizə baxaraq, hər bir Azərbaycanlı öz maddi imkanı səviyyəsində şəxsi büdcəsindən pul ayırdı, biz həmin pulları Azərbaycana göndərdik. Hər bir şəhid ailəsinə min dollar olmaq şərti ilə, xeyli vəsait toplayıb Azərbaycana göndərdik. Çalışdıq ki, uzaqda olmağımıza baxmayaraq, “Vətən” müharibəsində bizim də, payımız olsun.”
Bu günlərdə, bildiyiniz kimi Ukrayna dövləti və xalqı özünün müstəqilliyinin otuz illiyini qeyd edirdi. Bizim şəhərimizdə də, böyük bir tədbir keçirildi. Həmn tədbirdə, Azərbaycan nümayəndə heyəti olaraq biz də, yaxından iştirak etdik. Azərbaycan bayrağını qürurla dalğalandıraraq, yerli xalqın nümayəndələrini təbrik etdik.
Ümumiyyətlə Novomoskovsk Azərbaycanlıları çox mehriban, birlik nümayiş etdirməklə çoxlarına nümunə olurlar. Mənim müavinim İnqilab Vəliyev şəhərimizdə adlı-sanlı çörəkçilərdəndir. Onun soyadıyla çörək və çörək məmulatları istehsal edilir və şəhərimizdə ən dadlı çörəyi məhz Vəliyev istehsal edir. Biz əlbəttə bununla qürur duyur və çox fərəhlənirik. Axı hər addımda Azərbaycan adı çəkilirsə bu bizim təbliğatımız deməkdir. Çalışırıq ki, biri-birimizə paxıllıq etmək əvəzinə dəstək olaq və bu hərəkətimizlə çoxlarına örnək oluruq.
“Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin” Novomoskovsk şəhər təşkilatının sədri Şikar Hüseynov da, sözügedən şəhərdə böyük nüfuz sahibidir. Fərqi yoxdur hansı sahənin məmuru olsun, bütün suallar Şikar müəllimə ünvanlanır. Şikar müəllim də, öz vəzifəsinin öhdəsindən layiqincə gəlir. O, şəhər rəhbərliyi və bütün məmurlarla isti münasibət saxlayır ki, “Vətən” naminə xidmət zamanı süni maneələrə rast gəlinməsin.
Biz onun rəhbərliyi və dəstəyi ilə bir neçə Azərbaycanlı gənclərin artıq Dövlət qurumlarında çalışdığının şahidi olduq. Əlbəttə ki, belə halları xüsusi vurğulamaq lazımdır.
Diaspor.info
Ukrayna.
1 356