Azərbaycan polisi Qubadlı rayonunun inzibati ərazisində də nazarət-keçid məntəqəsi quraşdırıb.
Bu barədə görüntülər sosial şəbəkədə yayılıb.
Bildirilib ki, məntəqə Goruş-Qafan yolunda quraşdırılıb.
Məsələ barədə Daxili İşlər Nazirliyi (DİN) ilə əlaqə saxladıq.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı Diaspor info-nun sorğusuna cavab olaraq bildirib ki, işğaldan azad edilmiş bütün şəhər və rayonlarımızın ərazisində olduğu kimi Qubadlı rayonunun inzibati ərazisində də daxili işlər orqanlarının əməkdaşları öz xidməti vəzifələrini layiqincə yerinə yetirirlər:
“Xidmətin daha səmərəli təşkili üçün məqsədəmüvafiq bilinən yerlərdə polis postları təyin olunur”.
İlhamə Əbülfət
125