Su kanalına atılan sahibsiz itə rəhmsiz münasibət göstərilməsi ilə bağlı sosial şəbəkədə yayılan görüntülər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin (ETSN) əməkdaşları tərəfindən araşdırılır. Bu barədə Diaspor info-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Xidmətin rəisi Hikmət Əlizadə bildirib ki, hazırda hadisənin harada baş verməsi və təqsirkarların müəyyən edilərək barələrində qanunamüvafiq tədbirlərin görülməsi istiqamətində hüquq-mühafizə orqanları ilə birgə araşdırmalar aparılır. Araşdırmaların nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
99