Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Yunanıstanın Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri Nikolaos Piperigos ilə görüşüb.
Daimi nümayəndəlikdən Diaspor info-ya bildirilib ki, görüşdə iki ölkə arasındakı siyasi münasibətlər, Naxçıvan Muxtar Respublikası ilə əlaqələr, regiondakı yeni vəziyyət, Zəngəzur dəhlizinin açılması, rəsmi səfərlər və digər maraqlı mövzular ətrafında müzakirələr aparılıb.
116