"Ermənistan Baş Naziri Nikol Paşinyan qısa müddətdə bir neçə fərqli və çox vaxt bir-birinə zidd fikirlər səsləndirir". Bu sözləri Diaspor info-ya açıqlamasında deputat Asim Mollazadə deyib.
Onun sözlərinə görə, Paşinyanın bu xisləti artıq dünyaya məlumdur. Biz Paşinyandan üçtərəfli bəyanatın müddəalarını tam şəkildə yerinə yetirməsini gözləyirik. Yoxsa, vəziyyəti daha da ağırlaşdıracaq, sülh danışıqlarına xələl gətirəcək fikirləri səsləndirməsini yox.
Asim Mollazadə bu haqda fikirlərini belə izah edib: "Əgər onlar kommunikasiyaların açılmasında səmimidirlərsə, bunu qısa müddətdə həyata keçirərək, əslində, Ermənistanı xilas edə bilərlər. Çünki Ermənistanın xilas yolu qonşu dövlətlərlə ərazi iddialarına son qoyaraq kommunikasiya xətlərini açmasıdır. Təbii ki, söhbət ilk növbədə Zəngəzur dəhlizindən gedir. Bununla bağlı artıq Türkiyə və Azərbaycan rəhbərləri Ermənistanı bizim ərazimizdə həyata keçirilən layihələrdə normal mövqe tutmağa icazə verəcək. Normal münasibətlərə açıq olduğumuzu biz artıq dəfələrlə bəyan etmişik. Münaqişə bitib. Hazırda sülh istiqamətində ciddi addımlar atmaq lazımdır. Paşinyan provokatif fikirlər səsləndirməkdənsə, bunun üçün çalışsa, Ermənistanı fəlakətlərdən xilas edə bilər".
Müəllif: Turqay Musayev