MƏTLƏB NƏCƏFOV XALQINA TƏMƏNNASIZ VƏ LƏYAQƏTLƏ XİDMƏT EDƏNLƏRDƏNDİR.
“ DİASPOR TƏŞKİLATLARI MONİTORİNQ MƏRKƏZİNİN ” sədri kimi iki aydır ki, Azərbaycandan kənarda öz müşahidələrimi aparırdım. Ukraynanın qərb bölgəsinə səfərim məşhur “İvano-Frankovsk” şəhərindən başlandı. “Ukrayna Azərbaycanlıları Konqresi, İvano-Frankovsk vilayət diasporunun” sədri Mətləb Nəcəfovla görüşüb xeyli söhbətləşdik. Bu şəhərdəki diaspor fəaliyyətinin təməlini qoyanlardan biri olan, professor Fərhad Turanlını mən də, yaxından tanıyıram. Onu bir neçə dəfə Ukraynanın rəsmi dairələrində Ukrayna dilində, ləhcəsiz və səhvsiz danışdığının şahidi olmuşdum. Belə savadlı Azərbaycan oğulları ilə həmişə fəxr etmişəm. Mətləb Nəcəfov da, onun layiqli davamçılarındandır.
Mətləb Nəcəfovla ikinci görüşümüz idi, o, həmişəki kimi öz işindən ayrılmadan bizi də, gördüyü işlərlə yaxından tanış etməyə başladı.
Bir QHT rəhbəri və jurnalist-yazıçı olaraq, mənim üçün Mətləb Nəcəfov kimdir?:”-Mən Mətləb müəllimi tanıdığım gündən onda bir çox müsbət keyfiyyətləri aşkarlamışam. Bu gün diasporamızda ən ağrıdıcı hal olan, qiybət, siyasi əqidəsindən asılı olmayaraq, kiminsə arxasınca danışmaq, kiminsə gördüyü işlərə kölgə salmaq məqsədilə nələrisə düşünərək deməsinin şahidi olmadım. Ümumiyyətlə mənə belə gəldi ki, bu insana pislik edənlərə qarşı da, o, heç vaxt kin saxlamır. Tanıdığım bəzi dırnaqarası, populist diaspor rəhbərləri haqqında belə, pis söz söyləməyən Mətləb müəllim, əksinə həmin insanların da, yaxşı xüsusiyyətlərini qeyd etməyi özünə borc bildi. Hesab edirəm ki, bu insanlığın ən yüksək mərtəbəsidir.
Mətləb Nəcəfov Ukrayna dilində o qədər gözəl danışır ki, bəzən onların özlərindən belə səhvlər tutur. Diqqətimi daha bir məqam da, çəkdi, onunla hamı fəxr edir, bu şəhərdə heç kim əlavə diaspor təşkilatı yaratmaq istəmir. Ona görə yox ki, bu fikirə düşənlər yoxdur, ona görə ki, Mətləb müəllim bu fikirə düşənlərə tutarlı bir cavab verib. “ Əgər sizə sədr olmaq lazımdırsa, gəlin mən öz vəzifəmi sizə verim, ancaq bizi şəhər rəhbərliyi qarşısında biabır etməyin. Bütün millətlərin bir diaspor sədri tədbirlərə dəvət alır, bizdə də, bu belə olmalıdır”. Bununla da, onun yerinə heç kim gəlməyərək bu vəzifəyə Mətləb Nəcəfovun daha layiq olduğunu ispatlayıblar.
[/center
44 günlük “İkinci Qarabağ”, “Vətən” müharibəsi başlayan gündən milləti bir yerə toplayaraq, Azərbaycan əsgərinə maddi yardım edən Mətləb müəllim, belə işləri heç vaxt ictimailəşdirmək istəmədiyini dedi. Bu da, bir alicənablıq nümunəsidir. Bilmirəm, nədənsə həmişə Mətləb Nəcəfov mənim diqqətimi tərbiyəli Azərbaycan kişisi kimi daha çox çəkib. Hesab edirəm ki, diaspor rəhbəri xalqının, dövlətinin bir parçası olduğunu nəzərə almalı və digər xalqlar arasında öz xalqının nümunəsi olduğuna görə hər şeyə diqqət etməli və məhz Mətləb müəllim kimi öz savadı, bilik və bacarığı ilə, hər yerdə sayılıb-seçilməlidir.
Bu şəhərə gələn hər bir insan ilk növbədə onu axtarır, fərqi yoxdur hansı məsələ olur-olsun, Mətləb müəllim hökmən millətimizin nümayəndəsinə öz kömək və dəstəyini əsirgəmir. Təsadüfi deyil ki, rəhbəri olduğu yükdaşıma firmasının bütün sürücüləri məhz Azərbaycanlılardır.
[center]

Nə qədər vətənpərvər olmalısan ki, Avropa ölkələrinə belə, çətinlik olsa da, yenə də, öz xalqının nümayəndələrini göndərəsən. Əlbəttə, heç kimə sirr deyildir ki, Azərbaycanlı sürücünün avropaya getməsi müəyyən çətinliklər yarada bilər, dil baxımından, vətəndaşlıq baxımından əlavə xərclər də, ola bilər. Bütün bunlara baxmayaraq, Mətləb müəllim yenə də, Azərbaycan oğullarına çörək qazanmaq üçün münbit şərait yaradıb və bir nəfər də, olsun digər xalqların nümayəndələrinə üstünlük verməyib. Necə deyərlər, millətin yaxşısı da, pisi də, mənimdir. Bax bu prinsiplə işləməsi məndə özünə qarşı daha çox hörmət qazandırmağa başladı.
Azərbaycan boksçuları İvano-Frankovsk şəhərində yarışa gələn vaxtı, böyük tamaşaçı dəstəyini də, Mətləb müəllim yaratmışdır.
Ümumiyyətlə apardığım müşahidərlərdən belə qərara gəldim ki, çox az sayda Vətəninə, təmənnasız və ləyaqətlə xidmət edən diaspor rəhbərləri vardır. Mətləb Nəcəfov da, məhz belə diaspor rəhbərlərindəndir. O, ümumiyyətlə, bir gün belə dayanmadan, vətəninə, elinə-obasına, dövlətinə sədaqətlə və ləyaqətlə xidmət edir.”
Diaspor Təşkilatlarının
Monitorinq Mərkəzinin sədri,
Diaspor.info saytının baş redaktoru
Əlmaniz Ələkbərli.
1 360