YUNUS ALIYEVİN UKRAYNADAKI DİASPOR FƏALİYYƏTİ VETERANLAR TƏŞKİLATI TƏRƏFİNDƏN DƏ, YÜKSƏK QİYMƏTLƏNDİRİLİB.
Nikolayev Azərbaycanlıları Konqresinin sədri Yunus Alıyevin “ 416-cı Taqanrok diviziyasının” şərəfinə ucaltdığı memorial abidə kompleksi Azərbaycanın bir çox Dövlət qurumları tərəfindən yüksək qiymətləndirilmişdir. Belə təşkilatlardan biri də, “Respublika Müharibə , Əmək, Silahlı Qüvvələr Veteranları Təşkilatıdır.” Diaspor.info saytının Bakı bürosu sözügedən təşkilatda olaraq, video-müsahibə hazırlayıb.
Müsahibimiz Respublika Müharibə , Əmək, Silahlı Qüvvələr Veteranları Təşkilatının Sədr Müavini Polkovnik Cəlil Xəlilovdur: Biz təşkilat olaraq, çalışırıq ki, xaricdə yaşayan Azərbaycanlılarla sıx əlaqələr quraq. Bildiyimiz kimi Rusiya, Ukrayna, Moldova vəs, ölkələrin bir çox böyük şəhərlərinin alman faşistlərinin işğalından azad olunmasında Azərbaycan oğullarının böyük qəhrəmanlıqları olub. Çalışırıq ki, həmin qəhrəmanlarımızı tapıb üzə çıxaraq, həm yerli əhali, həm də, həmin ölkələrdə yaşayan soydaşlarımız sözügedən qəhrəman Azərbaycan oğullarını yaxından tanısınlar. Bundan əlavə həmin qəhrəmanlarımızın adlarının əbədiləşdirilməsinə nail olmaq və mütəmadi onların təbliği ilə məşğul olmağa çalışırıq. Hələ Ümummilli liderimiz Heydər Əliyev 1970-ci ildə Taqanrok şəhərində “416-cı Taqanrok diviziyasının şərəfinə böyük abidə kompleksi ucaltmışdır. Bu diviziya nəinki taqanroku, Ukraynanın Nikolayev, Odessa və bir çox böyük şəhərlərini də, alman faşistlərinin işğalından azad etmişdir.
Nikolayev Azərbaycanlıları konqresinin sədri Yunus Alıyev Vətənpərvər insandır. Onun böyük ürəyi var və bu ürək daima vətən eşqi ilə döyünür. O da, 1941-45-ci illərdə böyük şücaət göstərmiş “416-cı Taqanrok diviziyasının” şərəfinə memorial-abidə kompleksi ucaltmışdır. Biz bir təşkilat olaraq, bu addımı çox yüksək qiymətləndirdik və Yunus Alıyevi xüsusi medalla təltif etdik. Yunus müəllim yaşadığı şəhərdə böyük nüfuz sahibidir. O, yaşadığı şəhərdə daima iştirak etdiyi rəsmi tədbirlərdə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün çalışıb. Qarabağ həqiqətlərinin yerli xalqlara və dünya ictimaiyyətinə çatdırılmasında da, onun xidmətlərini yüksək qiymətləndiririk.
Yunus Alıyevə arzu edirik ki, bundan sonra da, bu sahədə yorulmadan xalqına, dövlətinə xidmət etsin. Bilirsinizmi, Yunus müəllim kimi oğullar Azərbaycana çox lazımdır. Erməni faşistləri Azərbaycana ləkə yaxmaqla, ölkəmiz haqqında lüzumsuz və yalan məlumatlar yaymaqla məşğuldur. Y. Alıyev kimi oğullarımız isə Azərbaycan haqqında doğru məlumatları yaymaqla həm yerli millətə, həm də, dünya ictimaiyyətinə xalqımızı olduğu kimi tanıdırlar. Bu gün isə, əsasən də, “Qarabağ” həqiqətlərini bütün dünya ictimaiyyətinə olduğu kimi çatdırmaq lazımdır və bu yolda da, Yunus müəllimin xidmətləri danılmazdır.
Ali baş komandan İlham Əliyevin rəhbərliyi və Qəhrəman Azərbaycan əsgərinin şücaəti sayəsində 44 gün ərzində, itirilmiş torpaqlarımız geri qaytarıldı. Azərbaycan oğulları necə ki, 1941-45 –ci illərdə Alman faşistlərinə qarşı qəhrəmanlıq göstərmişdilər, “Vətən” müharibəsində də, eyni qəhrəmanlığı göstərərək, erməni faşistlərinə qalib gəldilər və onları da, qovub torpaqlarımızdan çıxardılar.”
Cəlil müəllimdən aldığımız video-müsahibəni də, olduğu kimi oxucularımıza təqdim edirik:
Diaspor.info
Bakı
1 310