KƏNGƏRLİ RAYON QIVRAQ QƏSƏBƏSİNİN ŞƏHİD QƏHRƏMANLARI.
Birinci Qarabağ savaşı başlayarkən Azərbaycanın bütün qəhrəman oğulları kimi Qıvraq kəndinin də, cavanları könüllü olaraq, cəbhəyə yola düşdülər.
Qıvrağın ilk şəhidi mənim yaxın dostum Vəli Caməmmədov oldu. Onu torpağa tapşıran vaxtı bütün kənd ağlayırdı, hətta kəndin ağsaqqalı Seyid Mirhəbib Seyidov da, qəbirə düşərək göz yaşlarını saxlaya bilmədi. Və fəxrlə dedi ki, bizim kəndimiz də, Şəhid verdi. Bəli,
Naxçıvanın müdafiəsi zamanı “Mil Təpə” yüksəkliyi uğrunda gedən döyüşlərdə Vəlini itirdik. Onun anası bu dərdə yalnız bir il dözə bildi, Allah Cəmilə anaya da, rəhmət eləsin. Daha sonra kəndimizdən Müxtər Həsənov da, Sədərək döyüşlərində şəhid oldu. Sonra Qıvraq kəndinin qəhrəman oğulları Qarabağda da,
Şəhid olmağa başladılar. Zabitimiz Əhməd Möhbalıyev, yaxın dostumun balaca qardaşı, Sirac Əsədov da, Qarabağda Şəhidlik zirvəsinə ucaldılar. Bu gün onları da, unutmaq olmaz. Şəhidlərin hər biri bizim üçün əzizdir. Və biz ömür boyu onların bizə etibar etdiyi əmanətlərinə diqqət yetirməyə borcluyuq.
Elə Şəhidlərimiz vardır ki, onlar bəzi səbəblərə görə Qıvraqda toprağa tapşırılmayıb. İkinci Fəxri xiyabanda dəfn olunanlar da, Qıvrağın bir parçalarıdır.
Kəngərli belə qəhrəman oğullarıyla həmişə fəxr edir.
Allah Rəhmət Eləsin.
Əlmaniz Ələkbərli.
Baş Redaktor.
KƏNGƏRLİ ŞƏHİDLƏRİ HAQQINDA YAZILAN YAZILARI TƏKRARƏN OXUCULARIMIZIN DİQQƏTİNƏ ÇATDIRMAQLA ONLARI BİR DAHA BÖYÜK HÖRMƏTLƏ ANIRIQ.
ALLAH RƏHMƏT ELƏSİN
FƏXR ETDİYİMİZ-QÜRUR YERİMİZ OLAN QIVRAQ ŞƏHİDLƏRİ.
Hələ orta məktəb illərində oxuyarkən hərbi müəllimimiz Dəmir Qarayev dərs dediyi bu sahəni o qədər təbliğ etmişdir ki, oğlan uşaqlarının çoxu böyüyəndə zabit olmaq istəyirdi.
Ümumiyyətlə Qıvraq bəlkə də, Naxçıvanda ən çox hərbçisi olan bir qəsəbədir. Bəlkə də, bu hal sözügedən qəsəbədə hərbi-hissənin yerləşməsindəndir.
Qıvrağın ilk şəhidi Vəli Eldar oğlu Caməmmədovdur. O şəhid olanda bütün Qıvraq qan ağlayırdı, çünki ilk şəhidimiz idi.
Vəli Canməmmədov mənim uşaqlıq dostum idi. Orta məktəb illərində əsil qardaş olmuşduq. Sədərək döyüşləri zamanı kəşviyatçı idi. Mil təpə uğrunda gedən döyüşlər zamanı şəhid oldu. Vəli hələorta məktəbdə oxuyan vaxtlarından özünün təmkinli, kişi xarakteri ilə seçilirdi. Elə müəllimləri də, ona məhz bu keyfiyyətlərinə görə, tərbiyəsinə görə xüsusi hörmət edirdilər. Çox az şagird tapılardı ki, dərslərini yaxşı oxumasın, lakin müəllimləri tərəfindən sevilsin. Vəli bunu qazana bilmişdir. Elə dostluğa da, çox möhkəm və sədaqətli idi.
Şəhid olduğu günü evdən cəbhəyə səhər tezdən getmişdir. Axşam xeyli söhbətləşdik onunla, deyirdi ki, ermənilər çox qorxaqdır, ancaq bizdə də, silah yoxdur. Bəli, sanki şəhid olacağını bilirdi. Mənə dedi ki, gəl ürəkdən qucaqlaşaq, dünyanın işini bilmək olmaz. Mən də zarafata salıb onu özümdən kənara itələdim və dedim ki, sən əjdahasan, sənə heç nə batmaz. Batmağına batdı, snayper gülləsi, həm də alnından.....
Daha sonra Qıvraq şəhidləri aırasına Sirac Əsədov da yazıldı. Siracın böyük qardaşı Sübut Əsədovla da, məktəb vaxtının dostuyuq. Necə deyərlər qardaşımın qardaşı mənim qardaşımdır. Sirac haqqında sonuncu kitabımda hekayə də yazmışam. Sirac Həsən əminin sonbeşiyi idi. Onu hamıdan çox istəyirdi. Sirac da, Qıvraq kəndinin qeyrətli oğullarındandır. Onu Qarabağ savaşında heç kim məcburi saxlamırdı, o könüllü idi. Ölümünə könüllü getmişdi. Vətənini, elini-obasını erməniyə verməmək üçün getdi və bu yolda da, şəhid oldu. Siracın həyatında hər şey yarımçıq qaldı, təhsili, gələcəkdə quracağı ailə və s. Ancaq Sirac Əsədov ölümlərin ən müqəddəsinə - Şəhidlik zirvəsinə qovuşdu.
Əhməd Mehbalıyev də Dəmir müəllimin sevimli şagirdlərindən idi. Hələ kursant olduğu vaxtlarda yay tətilində kəndə gələn kimi məktəbə də baş vurardı. Bizimlə söhbətində həmişə zabit olmağı təbliğ edərdi. İllər keçdi, Əhməd Mehbalıyev tankçı kimi ad-san qazandı və vətən darda olan zaman Qarabağ savaşına yollandı. Sonra isə şəhid oldu və göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Bayrağı ordeninə layiq görüldü.
Sonuncu tanıdığım Qıvraq şəhidi Muxtər Həsənov də bizdən bir neçə sinif aşağıda oxuyurdu. Qıvraq bir saylı məktəbin şagirdi idi. O, da Sədərək döyüşləri zamanı şəhid oldu. O, da sakit bir məktəbli idi. Yenicə müstəqillik qazanmış Azərbaycanımızın əli yalın əsgərlərindən idi. Əhməd Mehbalıyev də belə şagirdlərdən idi. Hələ kursant olduğu vaxtlarda yay tətilində kəndə gələn kimi məktəbə də baş vurardı. Bizimlə söhbətində həmişə zabit olmağı təbliğ edərdi. İllər keçdi, Əhməd Mehbalıyev tankçı kimi ad-san qazandı və vətən darda olan zaman Qarabağ savaşına yollandı. Sonra isə şəhid oldu və göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Bayrağı ordeninə layiq görüldü.
Lakin o da, Naxçıvanımızın müdafiəsində möhkəm dayandı və ölümü ilə ən ali mərtəbəyə, Şəhidlik zirvəsinə ucaldı.
Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər və
Yazıçılar Birliyinin Üzvü.
QARABAĞDA QANLARIYLA TARİX YAZAN KƏNGƏRLİ ŞƏHİDLƏRİ.
Diaspor.info-nun Naxçıvan bürosu “Kəngərli Şəhidləri” silsiləsindən olan yazılarını davam etdirir. Saytımızın əməkdaşları Şəhid Qədimov Güloğlan Nurəddin oğlunun ata yurdunda olub. Kəngərli rayonu Qıvraq kəndində dünyaya göz açan Güloğlan Qədimovun hələ uşaqlıqdan hərb sənətinə böyük marağı olub. Bu maraq onu 2011-ci ildə Heydər Əliyevin adını daşıyan Naxçıvan hərbi liseyinə gətirib çıxardı. 2014-cü ildə hərbi liseyi yaxşı qiymətlərlə bitirdikdən sonra, hərbi təhsilini davam etdirmək üçün Bakı şəhərində yerləşən Heydər Əliyev adına AAHM-ə qəbul olub.
2018-ci ildə motoatıcı ixtisası üzrə Ali təhsilini başa vuran Güloğlan Qədimov Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissədə tağım komandiri kimi xidmətə başlamışdır. TTM-də Bölük komandiri hazırlıq kursunu bitirdikdən sonra 2019-cu ildə, “N” saylı hərbi hissədə bölük komandiri vəzifəsinə təyin olunmuşdur. Xidmət etdiyi zaman həmişə tələbkar, nizam-intizamlı olmasıyla seçilib. Güloğlan doğulduğu Kəngərli rayonu Qıvraq kəndində də, böyük bir hərbi hissə yerləşir. Odur ki, o hələ uşaqlıqdan bütün hərbi texnikanı yaxşı tanıyır, onların funksiyalarını əzbərdən bilirdi. Ən əsası isə həddən artıq cəsur, qorxmaz olması idi. Həmişə öndə getməyi, çətinliklərə sinə gəlməyi xoşlayırdı.
30 sentyabr 2020-ci ildə qəhrəmancasına Şəhid olan Güloğlan Qədimov “Vətən Uğrunda” medalı ilə təltif olunub.
Güloğlan Qədimovun doğulduğu evdə olan zaman onun otağının bəzədildiyinin şahidi olduq. Atası Nurəddin Qədimov da, oğlu Güloğlanla fəxr etdiyini, onunla qürur duyduğunu xüsusilə vurğuladı. Kəngərli rayonu Qıvraq qəsəbəsi qəbirstanlığında dəfn olunan Şəhidimiz Güloğlanla yanaşı digər şəhidlərimizin xatirəsini əbədiləşdirmək üçün xüsusi guşə də, yaradılıb.
Əlmaniz Ələkbərli.
Azərbaycan Yazıçılar və
Jurnalistlər Birliyinin Üzvü.
KƏNGƏRLİ ŞƏHİDLƏRİ SİLSİLƏSİNDƏN: ZABİT ŞƏRƏFİNİ SONADƏK UCA TUTAN ŞƏHİD İSMAYILOV.
Şərur rayonu Qıvraq kəndi Kəngərli rayonunun mərkəzi olduğu üçün Qıvraq qəsəbəsi kimi tanınır. Qıvraq qəsəbəsi yetişdirdiyi cəsur hərbçiləri ilə həmişə öyünüb. Mayor İsmayılov Fuad Murad oğlu da, hələ uşaqlıqdan hərbçi olmaq arzusunda olub. Atası idman müəllimi olduğu üçün Fuad və qardaşları daha çevik, idmana meyilli uşaqlar idi.
Bunun nəticəsidir ki, Fuaddan əlavə kiçik qardaşı Heydər İsmayılov da, hərbçidir. Fuadın əmilərindən, dayısı oğlanları, bibisi oğlanları və ən nəhayət əmisi oğlanları da, hərbçidirlər. Təkcə doğma qohumları bir yerə toplasalar xüsusi təyinatlı dəstə belə yaratmaq olardı. Fuad xidmət etdiyi dövrdə həmişə vətənpərvərliyi ilə seçilib. Döyüşdə göstərdiyi şücaətə görə isə Prezident İlham Əliyev tərəfindən təltif də, olunub. Onun qısa lakin şərəfli avtobioqrafiyasına səfər etmək yerinə düşərdi:
İsmayilov Fuad Murad oğlu 26 oktyabr 1986-cı ildə Şərur rayon Qıvraq kəndində anadan olub. 1993-cü ildə Qıvraq kənd orta məktəbinin birinci sinifinə daxil olub. 2002-ci ildə Cəmşid Naxcıvanski adına hərbi liseyə qəbul olmuşdur.
2005-ci ildə isə Heydər Əliyev adına Ali hərbi məktəbə daxil olub.
2009 cü ildə leytenant rütbəsi alaraq AHHM-də işləməyə baslayib. 2012-ci ildə baş leytenant 2016-cı ildə kapitan 2020-ci ildə isə mayor rutbəsini almışdı. 2020-ci il 27 sentyabrında başlamış ikinci Qarabağ savaşı "Vətən" müharibəsində istirak edərək, Tərtər rayon talış kəndinin alınmasında böyük cəsarət nümayiş etdirmişdir.
Tərtər istiqamətində gedən döyüşlərdə 04 oktyabr 2020-ci ildə qəhrəmancasına Şəhidlik zirvəsinə ucalmışdır. 10 oktyabr 2020-ci ildə 2-ci fəxri xiyabanda dəfn olunmuşdur.
Şəhid mayorumuz ailəli idi, özündən sonra 2 oğlan övladı vətənə yadigar qaldı.
04 mart 2014-cü il təvəllüdlü İsmayilov Xəyal Fuad oğlu və 11 iyul 2020-ci il təvəllüdlü İsmayilov Yusif Fuad oğlu atalarınınn bizlərə əmanətidir.
ƏLMANİZ ƏLƏKBƏRLİ
Azərbaycan Yazıçılar və
Jurnalistlər Birliyinin Üzvü.
KƏNGƏRLİ ŞƏHİDLƏRİ SİLSİLƏSİNDƏN: VƏTƏN UĞRUNDA DÖYÜŞƏN QIVRAQLI ZABİTİMİZ, VƏTƏN UĞRUNDA MEDALI İLƏ DƏ, TƏLTİF EDİLDİ.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə, ölümündən
sonra “Vətən uğrunda “ medalı ilə təltif olunan daha bir Kəngərli zabiti
Elməddin Qəhrəmanov da, digər tay-tuşları kimi böyüdüyü Qıvraq kəndində həmişə hərbi geyimdə insanlara daha çox rast gəlirdi. Orta məktəb illərində oxuduğu dövrdə Azərbaycan xalqının başına gətirilən müsibətlər, xüsusən də, qonşumuz mənfur ermənilərin "Xocalı " soyqırımı törətməsi balaca elməddində faşist ermənilərinə qarşı bir nifrət oyatdı. Odur ki, qarşısına məqsəd qoydu ki, böyüyüb hökmən zabit olacaq və itirilmiş torpaqlarımızı nəyin bahasına olursa-olsun geri qaytaracaqdır. Bu arzular onu peşəkar hərbçi olmağa gətirib çıxardı. Düzdür onun bütün arzuları yerinə yetirildi, Vətən müharibəsi zəfərlə başa çatdı. Lakin Cənnət qoxulu şəhidimiz nə Zəfər paradında iştirak edə bildi, nə də ki, nişanlısı ilə ailə qura bildi. Elməddin bütün Azərbaycan xalqının oğlu olmaqla ən yüksək pilləyə Şəhidlik zirvəsinə ucaldı.
Elməddin Niyaməddin oğlu haqqında, onun keçdiyi qısa həyat və döyüş yolu haqqında bəzi məqamları oxucularımıza da, təqdim edirik:
Qəhrəmanov Elməddin Niyaməddin oğlu 26.01.1997 –ci ildə Naxçıvan MR –sı Kəngərli rayon Qıvraq qəsəbəsində anadan olub. 2003-2011-ci illərdə Kəngərli rayon Qıvraq qəsəbə tam orta məktəbində təhsil alıb. 2011-2014-cü illərdə isə Heydər Əliyev adına liseydə, daha sonra isə Azərbaycan Ali Hərbi Məktəbində ( 2014-2018) təhsil almişdir. 2018-ci ildə Leytenant hərbi rütbəsini alaraq, ilk xidmət yeri olan Agdam rayonuna yollanmışdır. Əvvəlcə “N” saylı hərbi hissədə tağım komandiri kimi xidmətə başlamışdır.
Xidmət etdiyi qıssa zamanda dəfələrlə ayın və ilin nümunəvi tağım komandiri kimi seçilənlərdən olmuşdur.
Zabit yoldaşlari arasinda ünsiyyətcil olduğu üçün çox sevilən ve xüsusi hörmətə malik bir zabit idi. Həmişəçalışırdı ki, əsgərləri üçün nümunəvi bir zabit olsun və o, buna da, nail olmuşdur. 2020-ci ilin əvvəllərində ailə qurmaq üçün hazırlıq işlərinə də, başlamış və sevdiyi qıza nişanlanmışdır. İkinci Qarabağ savaşı, 44 günlük “Vətən” müharibəsi başlayan kimi Elməddin də, digər zabit dostları kimi erməni faşistləriylə yaxın məsafədən döyüşə girdi. Hər bir döyüş zamanı özündən rütbəcə böyük zabit yoldaşlarından göstərdiyi qorxmazlığına, zabit çevikliyinə görə şifahi təşəkkürnamə alırdı.
Sonuncu doyüş tapşırığı 06.10.2020-ci il tarixində olmuşdur. Elməddin yenə də düşmənə qan uddurur, böyük itgi verdirirdi. Qəhrəman zabitimiz yaxın döyüşlərdə heç vaxt erməniyə təslim olmayacağını deyirdi və bu belə də, oldu. Belə ki,
Elməddin Qəhrəmanov 06.10.2020-ci ildə Ağdam rayon ərazisində torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə düsmənin atdığı ağır artilleriya zərbəsi nəticəsində, boğazından aldığı qəlpə yarasi ilə qəhramancasına Şəhid oldu.
Şəhid zabitimiz Azərbaycan Silahlı Qüvvələrinin 100 illik ordeni ilə və bir cox Xidmətdə fərqlənmə, diplom və təşəkkürnamələri ilə təltif olunmuşdur.
Qəhrəmanov Elməddin Niyaməddin oğlu Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə “Vətən uğrunda “ medalı ilə təltif olunub.
ƏLMANİZ ƏLƏKBƏRLİ
AZƏRBAYCAN YAZIÇILAR VƏ
JURNALİSTLƏR BİRLİYİNİN Üzvü.
KƏNGƏRLİ ŞƏHİDLƏRİ SİLSİLƏSİNDƏN: QIVRAQ ŞƏHİDİ ƏLƏKBƏROV RÖYAL FƏRMAYIL OĞLU.
Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən Baş Leytenant Ələkbərov Röyal Fərmayıl
oğlu, göstərdiyi qəhrəmanlığa görə ölümündən sonra " Vətən Uğrunda Medalı" ilə təltif olunmuşdur.
Tarix boyu Kəngərli torpağı öz igidləri, ərənləri ilə həmişə seçilib. Kəngərlidə ən çox hərbiyə meyilli kənd isə Qıvraq kəndidir desək, yanılmarıq. Burada bir çox səbəblər var. Hələ sovetlər birliyi dövründə SSRİ kimi nəhəng bir dövlətin ən böyük hərbi hissələrindən biri məhz həmin kənddə yerləşib. Beləliklə hələ uşaqlıqdan bu kənddə hərbinin nə olduğunu hamı başa düşür. Sovetlər dağıldıqdan sonra Azərbaycan məcburən müharibəyə sürükləndi. Əlbəttə ki, mənfur qonşularımız olan ermənilər tərəfindən böyük təcavüzə qaldıq. Naxçıvan da, bu təcavüzdən çox əziyyət çəkdi. Birinci Qarabağ savaşında xeyli igid oğullarını Şəhid verdi. Bununla yanaşı xalqın mübarizliyi ermənilərə imkan vermədi ki, Qarabağda törətdiyi vəhşiliyi Naxçıvanda da törətsin. Yeni yetişən nəsil bütün bu kimi keyfiyyətləri görərək böyüdü və hərbiyə, hərbçi olmağa daha çox meyilli oldu. Röyal da, belə gənclərdən idi, böyük əmisi Əbdül Ələkbərov zabit, atası və digər əmiləri isə müddətdən artıq hərbçi olduğuna görə Röyal Fərmayıl oğlu Ələkbərov qarşısına bir məqsəd qoydu. Ali təhsilli hərbçi olacaq və İkinci Qarabağ savaşında iştirak etmək üçün cəsur döyüşçü kimi vətənə xidmət edəcəkdir. Baş leytenant Röyalın arzuladığı gün bu ilin sentyabrında başlandı. Erməni faşistləri yeni ərazilər iddiasıyla dəfələrlə Azərbaycana hücum etməyə başladılar. Nəhayət 27 sentyabrda Cənab Ali baş komandan İlham Əliyev Əks-hücumla ermənilərin cavabını vermək əmrini verdi. Bununla da, ikinci Qarabağ savaşı " VƏTƏN MÜHARİBƏSİ" başlandı. Röyal da, hərbçi dostlarıyla birgə ən qaynar döyüşlərə qatıldı. Röyal şəxsi şücaət göstərərək dəfələrlə seçilən komandirlərdən oldu. Hər dəfəsində komandirindən təşəkkürnamə, alan R. Ələkbərov heç vaxt arxayınlaşmır, öz üzərində daha da, işləyirdi. Lakin Qaynar döyüşlər gedən zaman qəhrəmancasına Şəhid oldu. Onun haqqında qısaca məlumatı oxucularımıza da, təqdim edirik:
"Bas Leytenant Röyal Ələkbərov Fərmayıl oglu1994cu ilin iyun ayinin 23də Naxcivan MR-sı Şərur rayonunun Qıvraq kendində anadan olub. 2000ci ilin sentiyabr ayinda Qivraq kənd 1No-li orta məktəbinə gedib. 2008ci ildə orta məktəbin 8-ci sinfini bitirib. Naxcivan şəhərində yerləşən H.Əliyev adina Hərbi Litseyə qəbul olub. 2011 -ci ildə H. Əliyev adina Liseyi bitirib, Baki şəhərində yerləşən Azərbaycan Ali Hərbi məktəbinə daxil olub. 2015ci ildə Leytenant rutbəsi alaraq, məzun olub və xidmətini Daskəsəndə yerləşən N sayli Hərbi HissəninTağım Komandiri vəzifəsində davam etdirib. 2015 ci ildən 2018 -ci ilədək Murov dagi yiksəkliyində Tağım Komandiri vəzifəsində xidmət edib. 2018ci ildə Baş Leytenant rütbəsi alib. 2018-2020-ci ilin oktyabrın 16-na dək Gəncədə N-li Hərbi Hissədə Bölük Komandiri vəzifəsind xidmət edib. 27 sentiyabr 2020 ci il tarixində Vətən müharibəsi başlayanda Hərbi Hissə doyüş bölgəsinə döyüs tapşiriqlarini yerinə yetirilməsi və torpaqlarımızın isgaldan azad olunmas üçün doyüş əməliyyatlarina cəlb olunub. 16 oktyabr 2020-ci il tarixdə Cəbrayil rayonunun isgaldan azad olunmasi ugrunda gedən döyüşlərdə qarşiya qoyulan tapsiriqlari şərəflə yerinə yetirərkən Vətənimiz Azərbaycanımız ugrunda Şəhid olub. Baş leytenant Röyal Ələkbərov Fərmayıl oglunun Ali baş komandanın başçılığı ilə və Hərbi Hissə komandiri tərəfindən keçirilən təlimlərdə vəzifə borcuna şərəf və ləyaqətlə yanaşdığı üçün ona, bir neçə təltiflər verilmisdir. 15 dekabr 2020 -ci il tarixində Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən Baş Leytenant Ələkbərov Röyal Fərmayıl oğlu ölümündən sonra Vətən Uğrunda Medalı ilə təltif olunmuşdur."
ALLAH RƏHMƏT ELƏSİN.
Əlmaniz Ələkbərli
Azərbaycan Yazıçılar və
Jurnalistlər Birliyinin Üzvü.
KƏNGƏRLİ ŞƏHİDLƏRİ SİLSİLƏSİNDƏN: BAŞ LEYTENANT ƏSGƏRLİ TURAL ƏLƏMDAR OĞLU VƏTƏN MÜHARİBƏSİNDƏ TARİX YAZANLARDAN OLDU.
ƏSGƏRLİ TURAL ƏLƏMDAR OĞLU
Mənim də dünyaya göz açdığım Qıvraq kəndində doğulub. Əmisi oğlu Əsgərov Elçin Yalçın oğlu da, zabit kimi Qarabağ döyüşlərində qəhrəmancasına Şəhid olub.
Əsgərli Tural Ələmdar oğlunun sosial şəbəkələrdə rastlaşdığım ürək parçalayan videosunu oxucularımıza da, təqdim edirik. Onun qızına necə sarıldığını görmək dəhşətlidir, sanki sonuncu dəfə qızını görürdü. Belə qəhrəman oğullarımızla nəinki Kəngərli, Naxçıvan MR-sı, bütün Azərbaycan fəxr edir.
Baş leytenant Əsgərli Tural Ələmdar Oğlu
20-04-1993 –cü ildə Naxçıvan MR-sı Şərur rayonu Qıvraq kəndində anadan olub. 1999-cu ildə Kəngərli rayonu Qıvraq qəsəbə məktəbinin birinci sinifinə daxil olmuşdur. Hələ uşaqlıqdan hərbiyə olan istəyi 2007-ci ildə onu Heydər Əliyev adına hərbi liseyə gətirib çıxardı. Hərbi liseyi yaxşı qiymətlərlə bitirən Tural 2010-cu ildə hərbi təhsilini artırmaq üçün Heydər Əliyev adına AAHM-nə daxil olub. 2015-ci ildə leytenant kimi Qazax rayonundakı “N” saylı hərbi hissədə tağım komandiri kimi xidmətə başlamışdır. Daha sonra bir neçə hərbi hissələrdə xidmət edən
Əsgərli Tural Ələmdar oğlu baş leytenant aldıqdan sonra Daşkəsəndə xidmətini davam etdirməyə başladı.
Xidmət zamanı təkcə zabit yoldaşları deyil, əsgərləri ilə də, xoş, səmimi münasibətinə görə çox sevilən komandir olub. İkinci Qarabağ savaşı “Vətən Müharibəsi” başlayan zaman Tural Murov uğrunda gedən döyüşlərə qatılıb. Və həmin döyüşlərdə böyük şücaət , qəhrəmanlıq göstərib.
01-10-2020 ci ildə artilleriya zərbəsi nəticəsində qəlpə yarası alaraq Şəhid olmuşdur.
Əsgərli Tural Ələmdar oğlu Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla “Vətən Uğrunda” medalı və “ Kəlbəcərin azad olunmasına görə “ medalı ilə təltif olunub.
ALLAH RƏHMƏT ELƏSİN.
ƏLMANİZ Ələkbərli
Azərbaycan Yazıçılar Və
Jurnalistlər Birliyinin Üzvü.
KƏNGƏRLİ ŞƏHİDLƏRİ SİLSİLƏSİNDƏN: XÜSUSİ TƏYİNATLI ŞİR ÜRƏKLİ ARİF.
ARİF ABBASLI HADRUDA İLK AYAQ BASAN XÜSUSİ TƏYİNATLILARDAN OLUB. ƏVVƏLCƏ
DÜŞMƏNİ MƏHV EDİB, DAHA SONRA YOLDAŞLARINA HƏR ŞEY TƏMİZDİR,
DEYƏRƏK, ARDIMCA GƏLİN, DEYİB.
Abbaslı Arif Feyruz oğlu,
15 dekabr 1993-cü ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Qıvraq kəndində anadan olub. Arif Feyruzun atasının adı idi. Odur ki, bu uşağa qohum-əqraba arasında xüsusi hörmət var idi. Necə deyərlər hamıdan seçilən idi. Onların ata yurdu ilə hərbi hissə arasında yüz metr məsafə belə yox idi. Demək ki, arif gözünü açandan hərbi geyimli insanlar, hərbi texnikanı demək olar ki, hər gün görürdü. Eyni kənddən olduğumuza görə çox şeyi tam dəqiqliyi ilə bilirəm. Zəhmətkeş atası Feyruz Abbasov da, kəndimizdə hörmətli insanlardan sayılır. Arif hələ uşaqlıqdan hərbçi olmağa çox meyilli idi. Onun seçəcəyi peşə isə doğulduğu kənddə gözə dəymirdi. Ümumiyyətlə Arifin seçdiyi xüsusi təyinatlı peşəsi haqqında çox danışılmır. Onlar sadəcə öz işlərini icra edirlər. Onların arasında zəif zabit olmur. Hamısı ən azı canavar kimi olmalıdır. Arif isə Xüsusi təyinatlılarda xidmət edən zaman və döyüşlər başlayandan qorxmazlığı, qəhrəmanlıq göstərməsinə görə “Şirürəkli zabit” ləqəbini almışdır.
Dostları onun haqqında danışarkən deyirlər ki, Hadruda girən ilk xüsusi təyinatlı zabitimiz məhz Arif Abbaslı olmuşdur. Onun erməni hərbçilərinin üzərinə atılması və onları sakitcə, cəld, itgi vermədən məhv etməsini Aslan ovuna bənzətmişdilər. Elə buna görə də Arifə Şirürəkli ləqəbi verilmişdir. Arif Xüsusi təyinatlı olduğuna görə onun keçdiyi döyüş yolu haqqında ətraflı məlumat verilməsə də, əlimizdə olan məlumatları oxucularımızın diqqətinə çatdırmaq istəyirik. Arif Abbaslı Türkiyədə paraşütçülük, dağa dırmanma, üzgüçülük təlimlərində də, olub. Ümumiyyətlə Arifin iştirak etdiyi bütün əməliyyatlar Azərbaycan əsgərinin qələbəsiylə başa çatmışdır. Və əməliyyatların uğurlu olmasında ən önəmli isimlərdən biri məhz Arif olub.
12.10.2020-ci ildə Füzuli rayonu uğrunda gedən şiddətli döyüşlərdə qəhrəmancasına Şəhidlik zirvəsinə ucalmışdır.
Arif Feyruz oğlu Abbaslının Vətənə əmanət qoyduğu 1 yaş 2 aylıq, Ləman adlı qızı var. Şəkillərdən də, hiss olunur ki, Arif balaca Ləmana çox bağlı idi. Ləman böyüyəcək və çox uşaqlardan seçilərək, atasıyla qürur duyaraq böyüyəcək. İllər keçəcək Arif kimi XTQ qəhrəmanları haqqında dastanlar, romanlar yazılacaq, filmlər çəkiləcək. Sabit, inkişafda olan Azərbaycan, işğalda olan ərazilərimizin düşmən yağılarından azad olunmasına görə Arif kimi oğullarımıza borcluyuq.
ALLAH RƏHMƏT ELƏSİN.
ƏLMANİZ Ələkbərli
Azərbaycan Yazıçılar Və
Jurnalistlər Birliyinin Üzvü.
KƏNGƏRLİ ŞƏHİDLƏRİ SİLSİLƏSİNDƏN: GENERAL OLMAĞIN İKİ ADDIMLIĞINDA...
POLKOVNİK-LEYTENANT SƏDİ SÜLEYMAN OĞLU MUSAYEV
QIVRAQ QƏSƏBƏSİNİN ƏN BÖYÜK RÜTBƏLİ ŞƏHİD ZABİTİ OLDU.
Naxçıvan həmişə öz sərkərdələri, hərbçiləri ilə seçilmişdir. Təkcə Cəmşid Naxçıvanskinin adını çəkmək yetərincədir. Bu hərb salnaməsində Kəngərlinin öz yeri vardır. Kəngərli rayonu Qıvraq qəsəbəsinin yüzlərlə hərbçisi, zabiti dövlətimizin ərazi bütövlüyünün qorunmasına bu gün də ləyaqətlə xidmət edir. İstər birinci Qarabağ savaşında, istər də, ikinci Qarabağ savaşı, “Vətən Müharibəsində” Qıvraqlıların da öz yeri vardır. Bu gün oxucularımıza təqdim edəcəyimiz Şəhid Zabitimiz General olmağın iki addımlığında idi. Onun haqqında ətraflı məlumat veririk ki, belə qəhrəmanlarımızı oxucularımız da, yaxından tanısınlar.
Musayev Sədi Süleyman oğlu 01 aprel 1978-ci ildə Şərur rayonu (Kəngərli rayonu) Qıvraq kəndində anadan olub. 1996 - 2000 ci illərdə AAHM-də təhsil alıb. Zirehli tank və avtomobil texnikasının istismarı üzrə mühəndis ixtisasi verilmiş gənc zabitimiz ilk xidmət etdiyi yerlər yağı düşmənə çox yaxın olmuşdur.
Belə ki, onun ilk xidmət etdiyi rayonlar Füzuli, Tərtər və Beylaqan olmuşdur.
Tabeliyində olan hərbçilərin dediyinə görə vətənpərvərlik hissini ən yaxşı aşılayan zabitlərdən biri olmuş və əsgərləriylə öz doğması kimi davrandığına görə, komandir kimi böyük nüfuz sahibi olub.
Əsgərlərinin dediyinə görə imkansız ailənin övladları hətta hərbi xidməti başa vurduqdan sonra belə evlərinə dönən zaman onların ciblərinə cib xərcliyi də, qoyarmış. Bax bu əsil qardaş, ata qayğısıdır. Savadlı, məsuliyyətli, işinə həddən artıq ciddi yanaşan Sədi Musayevin insan kimi yaxşı xasiyyətinin olması əsgərləri bir ailə kimi başına yığmağa imkan vermişdir. Əsas məqsəd ciddi bir zabit olaraq əsgərləri qorxu, təzyiq altında saxlamaq deyil, onlara intizamlı olmağı öyrətməklə yanaşı bir ailə olmağı, bir nəfər hamı üçün, hamı bir nəfər üçün məsuliyyət daşıyır prinsipini öyrətməkdir. Belə komandirlərin yetişdirdikləri əsgərlər heç vaxt döyüş meydanında öz dostlarını köməksiz qoymurlar, sona qədər bir yerdə olurlar.
Sədi Musayev demək olar ki, bütün xidmətini döyüş bölgələrində etdiyi üçün mənfur qonşularımıza yaxşı bələd idi.
Aprel döyüşlərində iştirak edən komandir öz əsgərlərinə nümunə olmağı da, bacarmışdır. Belə ki, Sədinin silahı qurtarmasına baxmayaraq, geriyə deyil, irəliyə, düşmənin üzərinə atılaraq əlbəyaxa döyüşmüşdür. Tankın alışıb-yanmasına baxmayaraq, oradan öz əsgərlərini xilas etmişdir.
2-ci Qarabağ savaşı “Vətən muharibəsi” başlayan kimi Füzulidə döyüşə girən komandir işğal altında olan torpaqlarımızın yağılardan azad olunması uğrunda qəhrəmanlıq göstərməyə davam etmişdir.
Sədi Musayev savadlı komandir idi, düşmənə hücum taktikasını elə hazırlayırdı ki, düşmənin koordinatlarını o qədər dəqiq cızırdı ki, düşmənə heç bir aman verilmirdi. Bu peşəkarlıq Füzuli istiqamətində birinci səddin yarilmasinda ona çox böyük kömək olmuşdur.
Füzuli rayonu Əbdürrəhmanlı kəndində gedən şiddətli döyüşlər zamanı minamyotla atılan düşmən zərbəsindən şəhidlik zirvəsinə ucalmışdır.
Hərbçi dostları deyirdi ki, Aprel döyüslərində şəhid olan döyüş yoldaşının ailəsi ilə təmasdan utanırmış. Deyirmiş ki, axı mən necə o uşaqların üzünə baxacağam? Onların atası Şəhid oldu, ancaq mən sağam. Odur ki, tez-tez Şəhid olmaq istədiyini dilinə gətirirmiş.
Zabit yoldaşlarının dediyinə görə həmin şəhidin yoldaşi Sədinin məzarı başında “Daha utanma Sədi, üzümüzə dik bax! Sən də şəhid oldun, artıq arzuna catdin” deyib.
Aldığımız məlumata görə polkovnik-leytenant Musayev Sədi Süleyman oğlu ölümünə qədər Füzulidə xidmət vaxtı SQ 90. 95. və 100 illik yubley medalları ilə təltif olunub.
Şəhid olandan sonra isə “Vətən uğrunda” və “Azərbaycan Bayrağı ordeni” ilə təltif olunub.
Xatırladaq ki, zabit şəhidimizin özündən sonra iki övladı qalıb. ALLAH RƏHMƏT ELƏSİN.
ƏLMANİZ Ələkbərli
Azərbaycan Yazıçılar və
Jurnalistlər birliyinin Üzvü.
KƏNGƏRLİ ŞƏHİDLƏRİ SİLSİLƏSİNDƏN: ELÇİN ƏSGƏROV VƏTƏNƏ CANINI FƏDA EDƏN QƏHRƏMAN ZABİTLƏRİMİZDƏNDİR.
QIVRAQ QƏSƏBƏSİNİN FƏXR ETDİYİ ŞƏHİD ZABİTİMİZ ƏSGƏROV ELÇİN YALÇIN OĞLU:
Şəhid zabitimiz Əsgərov Elçin Yalçın oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Bayrağı ordeni, Vətən uğrunda medalı, Cəbrayıl rayonunun azad olunmasına görə medalı, Füzuli rayonunun azad olunmasına görə medalı” ilə təltif olunub.
Əsgərov Elçin Yalçın oğlu, 1997-ci ildə fevral ayının 3- də, Şərur rayon Qıvraq kəndində anadan olmuşdur. 2004-cü ildə Kəngərli rayonu Qıvraq qəsəbə tam orta məktəbinin 1-ci sinifinə daxil olmuşdur. Məktəbdə oxuduğu illərdə öz bilik və bacarığı ilə yoldaşlarından fərqlənməyi bacarırdı. Hələ uşaq yaşlarından vətənpərvərliyi ilə də, digər yoldaşlarından seçilirdi. Əla oxumasına baxmayaraq vətənə olan sevgi, işğal altında qalmış torpaqlarımız, Xocalı faciəsi ona çox təsir etmişdir. Odur ki, Elçin özünü dərk edən gündən zabit olacağını qarşısına məqsəd qoymuşdu. O, əvvəlcə 2011-ci ildə, Ümummilli Lider Heydər Əliyevin adını daşıyan Naxçıvan Hərbi Liseyinə daxil oldu. 2014-cü ildə sözügedən liseyi bitirərək, paytaxt Bakıya üz tutdu. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbinə qəbul oldu. AAHM-də oxuduğu müddətdə də, öz bilik və bacarığı ilə digər kursant yoldaşlarından seçilməyi bacardı. Buna görə də, Elçin 2018-ci ildə Ali təhsilini Kəşviyyatçı ixtisası üzrə başa vurdu. Xidmət etdiyi “N” saylı hərbi hissədə də, özündən rütbəcə böyük komandirlərin etimadını qazanıb. 2020 – ci ilin sentyabr ayında başlanan İkinci Qarabağ savaşı, “Vətən Müharibəsində” əsasən Füzuli və Cəbrayıl rayonlarının işğaldan azad olunmasında böyük qəhrəmanlıqlar göstərmişdir. Elçin Vətən müharibəsində dəfələrlə yaralanmasına baxmayaraq, qısa aradan sonra cəbhəyə qayıtmaq istədiyini təkid edib və yenidən öz əsgərlərinin yanına qayıdıb. Ağır döyüşlərin biri də, Füzuli rayonu Əbdürrəhmanlı kəndində oldu. Həmin döyüşlərdə Elçin sədaqətli komandir kimi Şəhid əsgərlərini döyüş meydanından çıxararkən (25 oktyabr 2020) Şəhid oldu. Bəli, onun bu qəhrəmanlığı gənc əsgər və zabitlərin gözü önündə baş vermişdir. Elçin söz vermişdir ki, hökmən Füzulini öz əsgərləriylə düşmən tapdağından azad edəcəkdir. Lakin döyüşdə şəhid yoldaşlarını meydanda qoymağı özünə yaraşdırmadığı üçün düşmən gülləsinə tuş gəldi. Və beləliklə də, arzusu yarımçıq qaldı. Ancaq Müzəffər Azərbaycan ordusu Elçin kimi komandirlərin arzusunu axıra çatdıra bildi.
Şəhid zabitimiz Əsgərov Elçinin tağım komandiri Cəsarətqardaşımızın dediklərindən: “Bizim bölük komandirimiz Elçin döyüşlər başlayan gündən əsil qəhrəman kimi döyüşürdü. Biz onunla birgə Füzuli rayonunun bir çox strateji yüksəkliklərini ələ keçirmişik. Cəbrayıl rayonunda da, xüsusi xidmətlərimiz olub, düşmənin xeyli canlı qüvvəsini və texnikasını məhv etmiş və onları geri qaçmağa məcbur etdirmişik. Elçin döyüş yoldaşları arasında da, öz igidliyi ilə seçilməyi bacarırdı. Onu itirməyimiz hamımıza çox pis təsir etdi, Allah Rəhmət Eləsin.”
Şəhid zabitimiz Əsgərov Elçin Yalçın oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Bayrağı ordeni, Vətən uğrunda medalı, Cəbrayıl rayonunun azad olunmasına görə medalı, Füzuli rayonunun azad olunmasına görə medalı” ilə təltif olunub.
Şəhid zabitimiz 2019 –cu ildə Ailə həyatı qurmuşdur.
Ölümündən 32 gün sonra Ata olmuşdur. Şəhid zabitimizin arzusuyla qızına Zəhra adı verilib.
ALLAH RƏHMƏT ELƏSİN.
ƏLMANİZ ƏLƏKBƏROĞLU
AZƏRBAYCAN YAZIÇILAR BİRLİYİNİN
VƏ JURNALİSTLƏR BİRLİYİNİN ÜZVÜ.
2 470