ZAQATALADA DAHA BİR ŞƏHİDİMİZİN İLDÖNÜMÜ OLDU
Bu gün Vətən müharibəsi zamanı qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucalmış Zaqatala rayonundan olan Məmmədov Elvin Mahmud oğlunun şəhid olmasının birinci il dönümü ilə əlaqədar anım tədbiri keçirilmişdir.
Tədbirdə rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, ictimaiyyətin nümayəndələri, sakinlər, din xadimləri ilə bərabər Heydər Əliyev Mərkəzinin əməkdaşlarıda iştirak etmişdir. Tədbir iştirakçıları Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət etmiş, məzarları önünə gül dəstələri düzərək şəhidlərin ruhuna dualar oxumuşdur. Şəhidimlərimizin ruhları qarşısında baş əyirik.
687