ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN DEDİYİ BİR KƏLMƏ SÖZ MƏŞHUR KƏNDİRBAZ USTASI RƏŞİD ƏLƏKBƏROVUN HƏYATINI DƏYİŞDİ?
ZAQATALA RAYON İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI MÜBARİZ ƏHMƏDZADƏNİN
DİQQƏTİNİ DAİMA ÜZƏRİMİZDƏ HİSS EDİRİK.
AZƏRBAYCAN RESPUBLİKASININ
ƏMƏKDAR MƏDƏNİYYƏT İŞÇİSİ
RƏŞİD HÜSEYN OĞLU ƏLƏKBƏROV.
Hələ uşaqlıqdan çox böyük maraqla və həyəcanla izlədiyim bir sahədən, kəndirbaz sənətindən, onu çoxlarına sevdirən bir Peşəkar kəndirbazdan yazı hazırlamaq çox məsuliyyətlidir.
Rəşid Hüseyn oğlu Ələkbərov-Zaqatala rayonunda keçirilən mədəni tədbirlərdə tez-tez görüşdüyümüz bir sima. Bu gün onu Azərbaycanın hər yerində tanıyırlar, belə ki, hələ sovetlər birliyi dövründə dünyanı, o cümlədən də, Azərbaycanı qastrol səfərləri vasitəsilə qarış-qarış gəzib. SSRİ-nin mədəniyyət işçisi kimi aylarla Avropa ölkələrində olub, o cümlədən Fransada geniş tərkiblə konsert proqramı ilə çıxış edib.
Bu gün Rəşid dayının evinə getmə səbəbim isə ayrı bir mövzudur. Aldığım məlumata görə məşhur kəndirbaz ustası Rəşid Ələkbərov öz həyət evinin bir tərəfində, ayrıca torpaq sahəsi ayıraraq, bir otaqdan ibarət olan bina tikdirib və orada Heydər Əliyev muzeyi yaradıb. Heydər Əliyev dühasının vurğunu kimi və onun yaratdığı partiyanın veteranlarından biri olaraq, həmin muzeyə baş çəkməyi özümə borc bildim. Açığını desəm, düşünürdüm ki, bir iki fotoşəkil yapışdırmaqla bir guşəylə rastlaşacağam, ancaq gördüyüm mənzərə tam əksini dedi. Rəşid dayı deyir ki, öz şəxsi vəsaiti (13.000.azn-ə qədər) hesabına bu muzeyi ərsəyə gətirib. Mən muzeylə tanış olduqdan sonra belə qənaətə gəldim ki, bu muzeyin qiyməti yoxdur. Girişdə Dünyanın Sərkərdə Ali Baş Komandanları, Rəcəb Təyyub Ərdoğan Və İlham Əliyevin Böyük Bir Tablosu Asılıb.
Onunla söhbətimizi olduğu kimi oxucularımıza təqdim etmək istəyirik:
Salam Rəşid dayı.
Rəşid: Salam, xoş gəlmisiniz.
Sual:-Rəşid dayı necə oldu ki, Ulu öndər Heydər Əliyev adına muzey yaratdınız?
Rəşid Ələkbərov:- Mən 1957-ci ildən kəndirbazlıq sənətindəyəm.
Bildiyimiz kimi Heydər Əliyev Azərbaycan xalqının Ümummilli lideridir, xalqımızın xilaskarıdır. Bununla bərabər mənim şəxsi həyatım və kəndirbazlıq sənətinin də, dəyişilməsi, çiçəklənməsi də, məhz o böyük şəxsiyyətin adıyla bağlıdır. Deməli, 1983-cü il idi, Bakı şəhərində, “İçəri Şəhər” ərazisində “Xalça Bayramı” keçirilirdi. Həmin tədbirdə dünyanın 37 ölkəsindən mədəniyyət işçiləri iştirak edirdilər.
Mənim Qrupumun çıxışı Qız qalasının yanında idi. Biz çıxış etdiyimiz zaman, Ümummilli liderimiz Heydər Əliyev də, həmin tədbirdə olduğuna görə bizə baxırdı. Və çıxışımızın sonunda əl çalaraq, bizə yaxınlaşdı və dedi ki, “Bu sənət izi itməkdə olan bir sənətdir, bu sənət yaşamalıdır”. Həmin tədbirdə Azərbaycan Sovet Respublikası Mərkəzi komitəsinin birinci katibi Kamran Bağırov və mədəniyyət naziri Kazım Bağırov da, iştirak edirdilər.
Heydər Əliyev isə Kremldə böyük vəzifə sahibi idi. Bəli, onun bir kəlməsilə mənim həyatım dəyişdi. Zaqatala rayonunun birinci katibi Nadir müəllimə tapşırıq verildiyi üçün mənə möhtəşəm bir ev tikildi. Təkcə həyət evi tikilmədi, həm də, onun içərisi məişət avadanlıqları ilə dolduruldu. Bundan əlavə bizə mikroavtobus tipli (mikro uaz) avtomobil də, bağışlandı. Biz başladıq Azərbaycanın rayonlarını qarış-qarış gəzərək konsert proqramı ilə çıxışlar etməyə. İş elə gətirdi ki, aydan çox bir vaxtda Fransada qalaraq, konsert proqramı ilə yarışlara qatıldıq və yer də, tutduq. Mənim bu günə kimi 12 tələbəm olub. Hər biri bu sənətin davamçısı kimi müstəqil fəaliyyət göstərə bilər. Hazırda qrupumda 8 nəfər var.
Bilirsinizmi, bizim proqramımız çox zəngin olur, 3 nəfər kəndirdə oynayırsa, musiqiçilər də, yerdə ifa edirlər.
Pandemiyadan əvvəl bayram tədbirlərində tez-tez çıxışlar edərdik. Zaqatala rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə cənabları da, şəxsən mənimlə həmişə maraqlanır və qayğıma qalır. Mübariz müəllim bir ağsaqqal kimi yaratdığım Heydər Əliyev muzeyinə də, gəlib və mənə ayrıca minnətdarlığını bildirib. Bundan əlavə 70 illik yubileyim ərəfəsində məni ictimai-siyasi işlərdə etdiyim fəal xidmətlərə görə sərəncam verərək, Fəxri Fərmanla təltif edib. Ulu öndərin bir kəlməsi, “Bu sənət yaşamalıdır”- deməsinə, Mübariz müəllim də, riayət edir.
1988-ci ildə mənim xidmətlərimə Azərbaycan Sovet Respublikası Ali soveti də, qəbul etdiyi qərarla qiymət verdi. Belə ki, mən Azərbaycanda yeganə kəndirbaz ustasıyam ki, “Əməkdar Mədəniyyət” işçisi adına layiq görülmüşəm.”
Sual: Heydər Əliyev muzeyini yaratmaq fikri haradan yarandı?
Rəşid dayı:-bilirsinizmi, mən sadə kəndirbaz ustasıyam və elə də, böyük qazancı olan bir insan deyiləm. Bu qədər vəsaiti də, sanki Allahım mənə göndərdi ki, bu işi başa çatdırım. Mənim bütün həyatımı dəyişən Xalqımızın böyük Lideri, kəndirbazlıq sənətini bir kəlməylə ölməyə qoymayan dahi şəxsiyyətə olan sonsuz sevgimi muzey yaratmaqla biruzə verdim. Əvvəlcə 1998-ci ildə işlədiyim mədəniyyət evində kiçik bir guşə yaratdım. Sonradan rayon mərkəzində möhtəşəm bir Heydər Əliyev muzeyi tikildi. Odur ki, mən də, özümə aid olan bu portretləri götürüb gəldim evə. Və xeyli düşündüm ki, harada və necə edim. Açığını desəm yaşımın da, elə çağıdır ki, yetmişi çoxdan keçmişəm, əslində nəvələrlə oynayan vaxtımdır. Odur ki, qərara gəldim ki, həyətimin girişində, mənzərəli bir yerdə otaq tikdirim və oranı Ulu öndərin adına muzey edim.
Gördüyünüz bu muzey təxminən 13.000.-aznə başa gəlib. Mənim peşəmin əsas davamçılarından biri Muxax kənd sakini olan Əliyev Tərlan Məhəmməd oğludur. Mən onun əsgərlikdən gəldiyi günü böyük səbirsizliklə gözləyirəm. Tərlan həqiqi hərbi xidmətini başa vurub gələn kimi, mən öz ərizəmlə işdən azad olunaraq, vəzifəmi ona təhvil verəcəyəm. Belə ki, bu peşənin həqiqi davamçısı Tərlan Əliyevdir, inanıram ki, o, bu peşəni yaşadacaq və daha da, populyar edəcəkdir.”
Əslində Rəşid dayının Heydər Əliyev sevgisi hər bir Azərbaycanlıda vardır. Ancaq şəxsi vəsaitini xərcəyən bir sadə kəndirbazın xidmətlərini işıqlandırmağı özümə borc bildim.
Mən uşaq vaxtlarımda kəndirbazların qara zurna sədaları altında göstərdiyi çətin fəndlərə həmişə həyəcanla baxmışam. Onların yıxılacağını düşünərək, onların əvəzindən həyəcan da, keçirirdim. Yaxşı yadımdadır, kəndirbazın yanında bir təlxək rolunu oynayan adam olurdu. Kəndimizin imkanlı kişilərinin adını mikrafonla çəkərək şirinlik istəyirdi və xeyli zarafatlar edirdi. Kolxoz-sovxoz dövrü olduğuna görə onların çıxışları yay aylarında iş saatından sonra olardı.
Beləliklə, məşhur kəndirbaz Rəşid Ələkbərovun video-müsahibəsini də, oxucularımıza təqdim edirik:--
ƏLMANİZ ƏLƏKBƏRLİ
Azərbaycan Yazıçılar Və Jurnalistlər
Birliyinin Üzvü.
919