Azərbaycan Respublikaçılar Partiyasının sədri Sübut Əsədov "ZƏFƏR" Bayramı Münasibətilə Xalqımızı Təbrik Edib.
Hörmətli Azərbaycan vətəndaşları , Əziz xalqımız , çox hörmətli Dünya Azərbaycanlıları və Azərbaycanın sədaqətli dostları olan qardaş Türkiyə , Pakistan , İsrail xalqları Sizi Azərbaycan Respublikaçılar Partiyasının bütün üzvləri və şəxsən öz adımdan Şəhidlərimizin qanı ,
Qazilərimizin qəhrəmanlıq şücaəti ,Ordumuzun gücü , Alı Baş Komandanımız cənab İlham Əliyevin möhkəm siyasi iradəsi və ,, Dəmir Yumruğu ,, Xalq Və Hakimiyyət birliyi sayəsində əldə etdiyimiz ,, Zəfər Günü ,, tarixi qələbə bayramı münasibətilə təbrik edirəm .
Başınız üzərində həmişə açıq səma , hər birinizin evinə , ailəsinə bolluq əminamanlıq və xoşbəxtlik arzulayıram .
Qələbə Bayramınız , Zəfər Gününüz mübarək olsun .
Hörmətlə :
Azərbaycan Respublikaçılar Partiyasının sədri
Sübut Əsədov .
08.11.2021.