ABŞ-ın Meyn ştatında yaşyan gənc soydaşımız, 10-cu sinif şagirdi Cəmilə Əhmədova Meyn Təhsil Departamentinin Tələbə Kabinetinə üzv təyin edilib.
O, belə bir yüksək postda xidmət edəcək ilk Azərbaycan, Türk mənşəli qızdır.
Tələbə Kabineti – təhsil üzrə səlahiyyətli şəxslərlə mütəmadi görüşlər keçirərək təhsil siyasətini, onun inkişafını və imkanları müzakirə edən bir qrup tələbədən ibarətdir.
Kabinetin məqsədi Meyn ştatı tələbələrinin səsini ştatın və ölkənin müvafiq srtukturlarına çatdırmaqdır.
Cəmilə Əhmədova Kamberlend dairəsinin tələbələrini təmsil edəcək.
Gənc soydaşımız uzun illərdir ailəsi ilə birgə ABŞ-da yaşayır. Onun atası Tərlan Əhmədov Meyn ştatında Azərbaycan icmasının fəal üzvlərindən biri və diaspor rəhbəridir.
165