MÖHKƏM OL ŞƏHİD ANASI--ARXANIZDA QÜDRƏTLİ XALQ VƏ DÖVLƏTİMİZ VAR.
Diaspor.info saytının Şimal-Qərb bürosu olaraq, 44 günlük müharibədə, bu bölgədə Şəhidlik zirvəsinə ucalan hər bir şəhidimizin dəfnində iştirak etmişik. Zaqatala rayonunda Şəhid dəfinlərində iştirakım zamanı bir halın şahidi oldum. Zaqatala rayon icra hakimiyyətinin başçısı belə yerlərə rayon rəhbəri olmaqla yanaşı, həm də, bir ağsaqqal kimi gəlir və sanki Şəhid anasının, atasının yarasına az da, olsa su səpmiş olur.
Mən bu yaxınlarda “Zəfər” günü münasibətilə “Şəhidlər kompleksinə”edilən yürüş zamanı bir daha gördüm. Mübariz müəllim öz çıxışı zamanı, Şəhid sözünü dilinə gətirən zaman hər dəfəsində kövrəlir və onun səsində bir titrəyiş hiss edirsən.Bax bu əsil atalıq qayğısı və diqqətidir. Bəlkə də, bunu çox adam hiss etmədi, ancaq iyirmi yaşında olan zaman ən yaxın dostumu itirdiyim üçün mən belə nüansları yaxşı görə bilirəm. Bizim Sədərək döyüşlərində ilk Şəhidimiz Vəli Canməmmədov olmuşdu, (mənim uşaqlıq dostum) kəndimizin ağsaqqalı Seyid Mirhəbib ağa eyni Mübariz müəllim kimi titrəyişli səslə danışdı. Sonralar boya-başa çatandan sonra başa düşdüm ki, ağsaqqal olmaq hər adama nəsib olmur, əbəs yerə demirlər ki, hər saqqalı ağ olana ağsaqqal deməzlər. Mən sadə insanlar arasında, zaqatalanın bütün təbəqəsindən olan insanlarıyla söhbət edirəm. Bu gün Zaqatala rayonunda hər bir Şəhid ailəsi bilir ki, onun arxasında Xalq və Dövlət dayanıb.
Bunu Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev hər dəfə çıxışında qətiyyətlə bildirir. Zaqatala rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə də, Prezidentin səlahiyyətli nümayəndəsi kimi öz əməli ilə sübut edir. Bəzən də, öz imkanları xaricində olsa belə, yenə də, Şəhidin xatirəsi üçün, kimlərdənsə xahiş etməklə qarşıya çıxan problemləri həll edir. Bunu təkcə ona görə etmir ki, rayon rəhbəridir, vəyaxudda rayonun ağsaqqalıdır, həm də, ona görə edir ki, Prezidentimizin sədaqətli nümayəndəsi və silahdaşıdır.
Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər Və
Yazıçılar Birliyinin Üzvü.
928