Rusiya Prezidenti Vladimir Putin Soçidə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb. Diaspor info-xəbər verur ki, görüşdə pandemiya məsələlərinə, iki ölkə arasında iqtisadi əlaqələrə toxunulub.
"Məhdudiyyətlərə baxmayaraq, bu ilin ilk doqquz ayı ərzində Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 11 faiz artıb", deyə qeyd edən Rusiya Prezidenti Qarabağda müvəqqəti yerləşdirilmiş rusiyalı sülhməramlıların fəaliyyətinə də toxunub: "Qeyd etməliyəm ki, rusiyalı sülhməramlı qüvvələrin ötən il noyabrın 10-dan fəaliyyətə başlamasından sonra bu il ərzində sülhməramlıların məsuliyyət zonasında ciddi insidentlər olmayıb".
116