VƏTƏNPƏRVƏRLİK TƏHSİLİN İLK PİLLƏSİNDƏN BAŞLANIR.
ŞƏHİD ELMAN MƏCİD OĞLU OSMANOV ADINA ZƏYƏM KƏND TAM ORTA MƏKTƏBİNDƏ VƏTƏNPƏRVƏRLİK SƏVİYYƏSİ YÜKSƏK SƏVİYYƏDƏDİR.
Məlum olduğu kimi 44 günlük “Vətən müharibəsi” zamanı müasir gənclik sübut etdi ki, Vətən, Dövlət, Bayraq, Xalq uğrunda ölməyə, Şəhid olmağa hazırdır. Əslində bu gənclər aparılan təbliğatdan daha da, ruhlanan Azərbaycan oğullarıdır. Zəyəm kənd tam orta məktəbi də, Şəhid Elman Osmanovun adını daşıyır. Sözügedən məktəbin içərisinə daxil olarkən, təhsil ocağının hər bir guşəsində 44 günlük Zəfər müharibəsini xatırladan nəyəsə rast gəlmək olar. Rayonun bütün şəhidlərinin şəkilləri divarlardan asılıb. Elman Osmanovun böyük bir portreti foyedə asılıb, ətrafı isə güllərlə bəzədilibdir. İptidai siniflər və məktəbəqədər siniflərdə belə şəhidlərlə bağlı stendlər, Azərbaycanın atributları və Dövlət bayraqları vardır. Bütün bunlar onu deməyə əsas verir ki, şagirdlər vətənpərvər böyüyür və xalqına, dövlətinə sadiq vətəndaş olacaqdırlar.
Zəyəm kənd tam orta məktəbinin direktoru Allahverdi İsmayılov da, uzun illərin pedaqoqu kimi öz təcrübəsindən maksimum yararlanır. Belə ki, Allahverdi müəllim təkcə təhsil ocağında deyil, ümumiyyətlə rayon və respublika səviyyəli ictimai-siyasi tədbirlərdə də, öz aktivliyi ilə seçilir.
2-ci sinif şagirdləri ilə tanışlığımız zamanı, Gülşən Hudulova öz şagirdlərini Dünya Azərbaycanlılarının həmrəylik günü və yeni ilə hazırlayırdı.
Uşaqların hazırcavablılığı və vətənpərvərlik səviyyəsi daha çox diqqətimizi çəkdi.
Belə təhsil ocaqlarını görən zaman düşünürsən ki, məhz belə kənd təhsil ocaqları Mübariz, Polad və Valeh kimi qəhrəmanlar yetişdirir.
Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər və
Yazıçılar Birliyinin Üzvü.
940