YUNUS ALIYEV NİKALAYEVDƏ QURDUĞU ABİDƏ KOMPLEKSİNİN ƏTRAFINDAKI DÖRD HEKTAR TORPAQ SAHƏSİNİ DƏ, QORUNMA ZOLAĞINA ÇEVİRDİ.
UKRAYNADA AƏZRBAYCAN DİASPORUNUN DAHA BİR UĞURUNA YUNUS ALIYEV İMZA ATDI.
Yunus Alıyev Nikalayevdə öz şəxsi vəsaiti hesabına qurub-yaratdığı 416-cı Taqanrok diviziyasının şərəfinə ucaltdığı abidə kompleksinin ətrafındakı səngərlərin olduğu böyük bir ərazini toxunulmaz etdirdi. Bundan ötrü onun şəxsi nüfuzu böyük rol oynadı və bu məsələ öz həllini tapdı.
Diaspor info saytının Ukrayna bürosu xəbər verir ki, Ukraynanın Nikalayev şəhəri ətrafında Berezanski rayonunun Bessarabka kəndi ərazisində 416-cı Taqanrok diviziyası şərəfinə memarial abidə kompleksi yenə də insan axını ilə dolu idi.
Ukrayna Azərbaycanlıları Konqresinin Nikalayev Vilayəti üzrə sədri Yunus Alıyevin şəxsi vəsaiti hesabına ucaldılan Memarial abidə kompleksi Böyük Vətən Müharibəsində xüsusi şücaət göstərmiş 416-cı Taqanrok Diviziyasının şərəfinə ucaldılıb. Artıq illərdir ki, Nikalayev, Odessa, Xerson və s. şəhərlərdə yaşayan Azərbaycanlıların ziyarətgahına çevrilmiş Memarial abidə kompleksi bu il də, qonaqlarını qarşılamağa hazır idi. Bu yaxınlarda yerli icra hakimiyyəti orqanlarının iştirakı ilə abidə kompleksi yenidən ziyarət olunub. Bu dəfəki ziyarət zamanı yerli icra strukturlarından gəlmiş məmurlar UAK-n Nikalayev vilayəti üzrə sədri Yunus Alıyevə məlumat veriblər ki, abidə ətrafında böyük bir otel kompleksi tikiləcəkdir. Yunus Alıyev memarial abidə kompleksinin ətrafında Azərbaycanlılardan ibarət olmuş 416-cı Taqanrok diviziyasının əsgərlərinin qazdığı səngərlərin bu günə kimi qaldığını vurğulayaraq, buranın abidə kimi qorunmalı olduğunu yerli icra strukturlarına
çatdıraraq, buna qəti imkan verməyəcəyini deyib. Və sonda bu problem də, Yunus Alıyevin dediyi kimi öz həllini tapıb. Belə ki, yerli icra hakimiyyətində keçirilən sessiyada iştirak üçün Yunus Alıyevi də, həmin tədbirə çağırıblar. Sessiyada Yunus Alıyevi dinləyən yerli rəhbərlik bildirib ki, Yunus müəllim çox düzgün vurğulayır:-bəli, burada qan tökən Azərbaycan oğulları alman faşistlərinə qarşı ölüm-dirim mübarizəsində olub və Ukrayna xalqını düşmənlərdən xilas etmək üçün öz şirin canlarından keçiblər. Və biz də bunu qiymətləndirməliyik, dörd hektar ərazini qoruq kimi qorunmasına sərəncam verməliyik. Memarial abidə kompleksinin ətrafındakı dörd hektar ərazi Yunus Alıyevin nəzaətinə verilir.
Beləliklə də, Yunus Alıyev Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması yolunda daha bir möhtəşəm qələbəyə imza ata bildi.
Sessiyada çıxış edən digər natiqlər də, Yunus müəllim haqqında xoş sözlər dedilər:-abidənin bütün maddi və mənəvi yükünü tam üstünə götürmüş, saçının-saqqalının ağarmasına baxmayaraq 18-yaşlı bir gənc kimi enerjili, ürəyi vətən eşqi ilə döyünən Yunus Alıyevə Ukrayna xalqı adından təşəkkür edirik. Biraz əvvəl Yunus müəllim öz çıxışında müharibənin dəhşətlərindən danışaraq, heç kimə bir daha müharibə görməməsini arzuladı. Yaratdığı memarial abidə kompleksini sanki öz övladı kimi bəsləyən, əzizləyən Yunus Alıyev hər bir addımı ilə sübut edir ki, Azərbaycan xalqı Qəhrəman xalqdır və bu torpaqları, xüsusən də, Ukraynanın Alman faşistlərindən tam azad olunması üçün 416-cı Taqanrok diviziyasının rolu çox böyükdür. Əlbəttə ki, biz də, onun bu addımlarını alqışlamalı və bu yolda ona lazım olan hər şeyi etməliyik. Dörd hektar ərazidə qazılmış səngərlər göz bəbəyi kimi qorunmalı və gələcək nəsillərə çatdırılmalıdır.
Daha sonra sessiyada çıxış edən Ukraynalılar Azərbaycanın qəhrəman oğulları haqqında ətraflı danışaraq, qardaş Azərbaycan xalqına öz minnətdarlıqlarını bildirdilər.
Diaspor.info
Baş redaktor.
1 676