UKRAYNANIN NOVOMOSKOVSKİ ŞƏHƏRİNDƏN XALQIMIZA TƏBRİK ÜNVANLANIB.
Diaspor.infonun Ukrayna bürosu xəbər verir ki, Ukraynanın Novomoskovski Azərbaycanlıları Konqresinin sədri Şikar Hüseynov saytımızın adresinə təbrik mesajı ünvanlayıb. Təbrik mesajı Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni İl münasibəti ilə Azərbaycan xalqına ünvanlanıb:
Əziz xalqımız, doğma və Ana Vətən, Azərbaycan Respublikasının Ali Baş komandanı İlham Əliyev başda olmaqla bütün xalqımızı yaşadığımız qürbət ölkənin Azərbaycanlıları adından ürəkdən təbrik edirik. Bu il Dünya Azərbaycanlılarının Həmrəylik günü əvvəlkilərindən çox fərqlənir. Biz Qarabağımızı işğaldan azad etdik və 44 günlük müharibədə dünyanın hər bir yerində yaşayan Azərbaycanlılar həmrəy oldular. Bunu bütün dünya gördü, maddi-mənəvi dəstək olan qürbətdəki soydaşlarımız Qarabağ üçün savaşa getməyə də hazır olduqlarını və mətbuat vasitəsilə Cənab Prezidentə müraciət də, etdilər. Ancaq Ali baş komandan buna ehtiyyac olmadığını və Müzəffər Azərbaycan Ordusunun öz vəzifəsinin öhdəsindən məharətlə gəldiyini xüsusi vurğuladı. Biz bu il Yeni ili də, fərqli qarşılayırıq. 2022-ci ilə Qalib Xalq kimi gedirik. Buna görə Azərbaycan Respublikasının Ali Baş Komandanı İlham Əliyev başda olmaqla bütün hərbiçilərimizə, canını Vətənə fəda etmiş Şəhidlərimizə, Qazilərimizə və ən nəhayət bütün əsgər və zabitlərimizə minnətdarıq. Allah Şəhidlərimizə Rəhmət eləsin.
Bizi qürbət eldə başı dik gəzməyə sövq edən hər bir kəsə xüsusi minnətdarlığımızı bildiririk. Biz Dünyada Yaşayan Bütün Soydaşlarımızı Dünya Azərbaycanlılarının Həmrəylik Günü Və Yeni İl Münasibətilə Ürəkdən Təbrik Edirik. Qoy Azərbaycanın səması üzərində heç vaxt qara buludlar olmasın, Azərbaycan həmişə aydın səma altında, xoşbəxt və firavan yaşasın.
BAYRAMINIZ MÜBARƏK.