Ukrayna mətbuatı Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində törətdiyi təxribat barədə yazıb.
Diaspor info-xəbər verir ki, “Ukrinform”, “RBK-Ukrayna” informasiya agentlikləri və bir sıra xəbər portalları Ermənistan silahlı qüvvələrin törətdiyi təxribat barədə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumatı dərc edib.
Məqalələrdə qeyd olunub ki, Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində hərbi qulluqçumuz şəhid olub. Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən müvafiq tədbirlər nəticəsində qarşı tərəf susdurulub.
182