Vəziyyətin gərginləşəcəyi təqdirdə alyans Ukraynaya dəstək verməyə hazır olacaq. Diaspor info-xəbər verir ki, bu sözləri NATO-nun baş katibi Yens Stoltenberq İtaliyanın “la Repubblica” qəzetinə müsahibəsində deyib.
O, alyansın öhdəliklərinin yalnız üzv ölkələrin müdafiəsi ilə bağlı olduğunu qeyd edib.
"Ukrayna çox dəyərli tərəfdaşdır. Biz ona özünümüdafiə kimi fundamental hüququ ilə kömək edirik. Biz dəstək veririk, xüsusən də ABŞ, Böyük Britaniya və Türkiyəni avadanlıq və təlimlə təmin edirik. Lakin Kiyev NATO müttəfiqi deyil. Bütün müttəfiqləri qorumaq öhdəliyi yalnız müttəfiqlərə şamil edilir”, deyə Stoltenberq müsahibəsində bildirib.
NATO-nun vəziyyətin gərginləşəcəyi təqdirdə “Şərqi Avropada müharibəyə başlamağa” məcbur olub-olmayacağı ilə bağlı sualı cavablandıran alyans rəhbəri bildirib ki, belə bir vəziyyət Rusiya üçün strateji səhv olacaq və siyasi, iqtisadi baxımdan ciddi nəticələrə səbəb olacaq.
Xatırladaq ki, Rusiya dəfələrlə Qərbin və Ukraynanın eskalasiya ilə bağlı ittihamlarını rədd edərək, heç kimi təhdid etmədiyini və heç kimə hücum etmək niyyətində olmadığını bildirib.
Müəllif: İnam Hacıyev