Prezident İlham Əliyevin Azərbaycan televiziya kanallarına verdiyi müsahibə İtaliyanın çoxsaylı kütləvi informasiya vasitələri, o cümlədən “Askanews”, “Agenzia Nova” informasiya agentlikləri, habelə “Nova News”, “Kmetro0”, “Il Corriere di Sicilia”, “Globus magazine”, “Yahoo Notizie”, “Yahoo finanza”, “Eurasianews” kimi kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.
Diaspor info-xəbər verir ki, məlumatlarda Prezident İlham Əliyevin müsahibəsində ölkədə 2021-ci ildə iqtisadi və sosial sahədə görülmüş işlər, Azərbaycanla Ermənistan arasındakı münasibətlər, işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işləri, ölkəmizin xarici siyasəti, Avropa İttifaqı-Azərbaycan münasibətləri, Avropanın enerji təchizatında ölkəmizin rolu ilə bağlı cavabları geniş şəkildə əks olunub.