Diaspor.info-nun AZƏRTAC-a istinadən verdiyi məlumata görə, Yaponiya Ukrayna ətrafında vəziyyətlə bağlı G7 ölkələrinin siyasətinə uyğun hərəkət edəcək.
Yaponiya hökuməti Ukrayna ətrafında vəziyyətlə bağlı G7 ölkələrinin siyasətinə uyğun hərəkət edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiyanın Baş naziri Fumio Kişida yanvarın 26-da parlamentin büdcə komissiyasının iclasında keçirilən müzakirələr zamanı bildirib.
“Biz böyük narahatlıqla Rusiyanın Ukrayna ilə sərhəddə hərbi qüvvələrini toplamasını izləyirik. Bununla əlaqədar biz G7 ölkələrinin siyasətinə uyğun hərəkət edəcəyik”, - deyə Baş nazir qeyd edib.
Xatırladaq ki, son günlər Qərb ölkələrində və Kiyevdə Rusiyanın Ukrayna ərazilərinə təcavüzə hazırlaşdığı barədə xəbərlər yayılıb.
119