Milli Məclisin Əmək və sosial siyasət komitəsinin 2022-ci ilin yaz sessiyası dövründə “Məşğulluq haqqında” Qanuna əlavə və dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılacaq.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Diaspor info-ya bildirilib ki, komitənin yaz sessiyası üçün iş planına əsasən, “Əmək pensiyaları sahəsində aparılan islahatlar: nəticələr, çətinliklər və perspektivlər” mövzusunda və “Tütün istifadəsinin məhdudlaşdırılması haqqında” Qanunun icrası vəziyyəti barədə dinləmələrin keçirilməsi nəzərdə tutulub.
97