“Azərbaycanın hər iki ölkə ilə yaxşı siyasi əlaqələri mövcudur. Nəzərə almaq lazımdır ki, son illərdə Azərbaycan-Rusiya münasibətləri inkişaf edir. Bu gün həm 3+3 platforması çərçivəsində, həm də müxtəlif təşkilatların nəzdində Azərbaycanla Rusiya bir sıra sahələrdə əməkdaşlıq edir”. Bu sözləri Diaspor info-ya açıqlamasında politoloq Tural İsmayılov bildirib.
Onun sözlərinə görə, eyni zamanda Qarabağın bəzi bölgələrində rus sülhməramlıları yerləşib: "Düşünürəm ki, Azərbaycanla Rusiya arasındakı münasibətlər region üçün də mühüm əhəmiyyətə malikdi. Ölkəmizin Ukrayna ilə yaxşı münasibətləri var. Cənab Prezident İlham Əliyevin Ukraynaya sonuncu səfərində bir-birinin ərazi bütövlüyünün tanınması barədə bəyannamənin imzalanması indiki çətin vəziyyətdə müstəsna əhəmiyyətə malikdi. Bütövlükdə Rusiya-Ukrayna münasibətləri regionumuza mənfi təsir göstərir. Çünki daima aqressiya ilə hərbi səviyyədə təhdidlər və şantajlar olunur. Bu da yalnız Ukrayna xalqını deyil, regionun digər dövlətlərini də narahat edir. Lakin ölkə başçımızın Ukrayna səfərindən sonra Putinlə danışıqlar aparması və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukrayna ilə Rusiya arasındakı münasibətləri yaxşılaşdırmaq istəyi gələcək zamanda bu münasibətlərin yumuşalmasında Azərbaycanla Türkiyənin müəyyən rol oynamasının göstəricisidi. Rusiya-Ukranya münasibətləri müharibə həddinə gəlib çatmayacaq. Çünki postpandemiya dövründə müharibə Rusiyaya heç bir halda sərf etmir. Düşünürəm ki, bu münasibətlərin normallaşmağı təkcə bu iki ölkə üçün deyil, bütövlükdə regionumuzun gələcəyi üçün siyasi-iqtisadi dividentlərə sahib ola bilər”.
Müəllif: Banuçiçək Hüseynli
166