“Ermənistanda “böyük Ermənistan” xülyası hər zaman yaşayıb. Bu, onların işğalçılıq niyyətlərindən əl çəkmədiklərinin göstəricisidir”. Bu fikirləri SİA-ya politoloq Rüstəm Məmmədov Ermənistanın Gürcüstana ərazi iddialarına münasibət bildirərkən deyib.
Politoloq bildirib ki, Ermənistanda Azərbaycan torpaqlarında yaradılan qondarma rejimin rəhbərinin öz "həmkarını" Abxaziyanın yaradılması ilə bağlı təbrik məktubu Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə hörmət etmədiyinin nümayişdir.
Ermənistanın öz xülyasını reallaşdırmaq üçün heç bir şansının olmadığını dilə gətirən politoloq söyləyib ki, buna beynəlxalq hüquq imkan vermir: “Tarixən Ermənistan qonşu dövlətlərinə qarşı ərazi iddialarında olub və bu iddiaları sayəsində də özünə dövlət qurub. Belə olan halda, onlara öz xülyalarını gerçəkləşdirmək üçün heç bir ölkə onları müdafiə etməyəcək. Ayrı-ayrı şəxslərin Ermənistanı müdafiə etməsi heç bir anlama gəlmir”.