• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Cəhbə Xəbərləri
    • Yazarlar

Amerikalı Alimi Yunus Alıyevlə Görüşməyə Nə Vadar Etdi?

5-06-2019, 17:30 | Baxılıb: 267
“Amerikalı Alimi Yunus Alıyevlə Görüşməyə Nə Vadar Etdi?

Amerikalı Alimi Yunus Alıyevlə Görüşməyə Nə Vadar Etdi?


Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin
Nikalayev vilayəti üzrə sədri
Yunus Alıyev

Diaspor info saytının Ukrayna bürosu məlumat verir ki, BUAK-nin Nikalayev vilayəti üzrə sədri Yunus Alıyev öz ofisində Amerikalı alim Luis Perea ilə görüşüb. Millətlərin dilinin qorunub saxlanılması vəziyyəti ilə maraqlanan Amerikan alimi Nikalayev Milli Universitetində ingilis dilindən dərs də deyir. Luis Perea Yunus müəllimin gördüyü işlərlə qiyabi tanış olduğunu və onun bu gün də öz xalqı üçün gördüyü qeyri-adi işlərlə daha yaxından tanış olmaq üçün görüşmək istədiyini bildirdi. Luis Perea Yunus müəllimə Nikalayev şəhərində yaratdığı memarial komplekslə bağlı sual verdi: Necə oldu ki, belə bir memarial kompleks yaratdınız?

Amerikalı Alimi Yunus Alıyevlə Görüşməyə Nə Vadar Etdi?


Yunus müəllim 416-cı Taqanrok diviziyası haqqında geniş məlumat verdi. Y. Alıyev Amerikalı alimə bildirdi ki, bu diviziya Azərbaycanlılardan ibarət bir diviziyadır. Azərbaycanlılar Böyük Vətən Müharibəsində qəhrəmanlıqla döyüşən bir xalq olub. Sadəcə bütün tapşırıqlar Rus dilində olduğu üçün bizim soydaşlarımızın da, çoxunun bu dili yaxşı bilməməsinə görə belə bir diviziya yaradıldı. Məhz həmin Azərbaycanlılardan ibarət diviziya Sovetlər ölkəsinin bir çox şəhərlərini, o cümlədən də Nikalayevi Alman faşistlərindən azad edib və Berlinədək irəriləmişlər.
Luis Perea Yunus müəllimə Azərbaycan Ukrayna dostluğu barəsində də, soruşub.
Yunus Alıyev:- Azərbaycan Ukrayna dostluğunun kökləri çox qədimidir. Hətta bizim adət-ənənələrimizdən oxşarları da çoxdur. Sovetlər birliyində kim harada istəyirdisə yaşaya və işləyə bilərdilər. Təyinat və göndərişlə Ukraynaya gəlib yaşayanlarımız çox idi. Mən hərbi xidmətimi Ujqorod şəhərində etmişəm. Hərbi xidmətdən sonra burada qalaraq işləyib və təhsil almışam.


Amerikalı Alimi Yunus Alıyevlə Görüşməyə Nə Vadar Etdi?


Bu gün bizim xeyli iş adamlarımız, idmançılarımız, dövlət qulluqçularımız, hüquq-mühafizə orqanlarında işləyənlərimiz vardır. İyirmi minədək Azərbaycanlılarımız var. O ki, qaldı dostluğa, bilirsinizmi bizim Ümummilli liderimiz var Heydər Əliyev. Sovetlər dövründə Ukraynada Çernobıl Atom elektrik stansiyasında partlayış oldu. Həmin dövrdə Heydər Əliyev SSRİ-da böyük bir vəzifə daşıyırdı. Heydər Əliyev baxmayaraq ki, SSRİ prezidenti M. Qorbaçov hadisəni gizlətmək istəyirdi, Ukrayna xalqına kömək edib. Hadisədən zərərçəkmişləri evakuasiya edib. Ümumiyyətlə qəzadan zərər çəkənlərə dəstək olub və sonra da SSRİ Prezidentinin qəzəbinə tuş gəlib. Daha sonra Sovetlər ittifaqı dağıldıqdan sonra Ukrayna çox böyük imtahanla qarşılaşdı. Yay ayları idi, taxıl zəmiləri biçilməli idi. Ukraynada isə yanacaq problemi var idi. Bütün yollar bağlı olduğu üçün Ukrayna Prezidenti L. Kuçma Heydər Əliyevə dost müraciəti edir. Heydər Əliyev dünyaşöhrətli siyasətçi idi. O, dəniz yolu ilə Ukraynaya neft göndərərək onları çörəklə imtahana çəkilməkdən qurtarır. Kuçma bir müddət sonra Heydər Əliyevə müraciət edir ki, biz nə qədər sizə borcluyuq, onda Heydər Əliyev deyir ki, biz dost-qardaşın ağır günündə alver etmirik. Bu bir qardaş payı olsun. Baxın bizim belə dostluğumuz vardır. Bu gün bu dostluq Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən də, yüksək səviyyədə davam etdirilir.
Luis Perea: Bura gələn Azərbaycan ailələri Ukraynada yaşamaq qərarı verdikdən sonra onlar Rus, Ukrayna dillərində dərs keçirlər. Sonradan öz doğma dillərini unutmurlar ki?

Amerikalı Alimi Yunus Alıyevlə Görüşməyə Nə Vadar Etdi?


Yunus Alıyev: o baxır ailələrə, bizim ailələrin çoxu öz adət-ənənələrini, dilini unutmurlar. Bizim millətin çox qəribə adətləri vardır. Məsələn biz sevirik xeyirxahlıq etməyi. Allah hər kəsə pul vermir, bəzilərinə verir və yoxlayır. Sən o pulla nə edirsən, kimə və necə hörmət edirsən? Bizdə insanlar millətindən fərqli olmayaraq yaxşılıq etməyi xoşlayırıq. Baxın bu divarda asılan diplom, qramotaları mənə əlillərə, yetimlər evinə dəstəyimə görə veriblər. Bu abidənin özünü də quran zaman Bakıdakı evimi satıb 50-min dollar bura pul yatırdım.
Diaspor fəaliyyətimə və ümumiyyətlə xidmətlərimə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev məni Tərəqqi medalı ilə təltif etdi.
Biz də çalışırıq ki, yaşadığımız şəhərdə Azərbaycan Ukrayna xalqlarının sarsılmaz dostluğuna xidmət edək.

Diaspor info
Kiyev.
скачать dle 10.6фильмы бесплатно


267

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

BU ŞƏHƏRDƏ TEZLİKLƏ XARKOVDA KONSERT VERƏCƏK.
LVOVDA AZƏRBAYCAN MƏDƏNİYYƏT GÜNLƏRİ KEÇİRİLDİ.
Sabah da yağış yağacaq PROQNOZ
Türkiyədən Azərbaycana yük daşımaları artıb
Azərbaycan Rusiyaya 1,2 milyard dollar investisiya yatırıb
“Bakutel 2019”dan yeni rekord: 25 min ziyarətçi olub

BU ŞƏHƏRDƏ TEZLİKLƏ XARKOVDA KONSERT VERƏCƏK.

LVOVDA AZƏRBAYCAN MƏDƏNİYYƏT GÜNLƏRİ KEÇİRİLDİ.

Sabah da yağış yağacaq PROQNOZ

Türkiyədən Azərbaycana yük daşımaları artıb

Azərbaycan Rusiyaya 1,2 milyard dollar investisiya yatırıb

“Bakutel 2019”dan yeni rekord: 25 min ziyarətçi olub

“Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkası davam edir

Prezidenti İlham Əliyev Rusiyanın nümayəndə heyətini qəbul edib

Ölkəmizdə Fəal Yaşlanma İndeksi hazırlanacaq

AZƏRBAYCAN HAQQINDA YAXŞI YAZILAR YAZILMIŞ "İMENA" JURNALINA UKRAYNADA BİR ÇOX OFİSLƏRDƏ RAST GƏLMƏK OLAR.

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.