LVOV DİASPORASININ GÜCÜ BU BÖLGƏDƏ ERMƏNİ SOYQIRIMINA QOYULMUŞ ABİDƏLƏRİN SAYINDAN BƏLLİDİR.
Lvov şəhərində diaspora rəhmətliklə birgə dünyasını dəyişdi.......
Diaspor info saytının Ukrayna bürosu məlumat verir ki, son illər Ukraynada fəaliyyət göstərən diaspor təşkilatlarının fəal olmasına baxmayaraq, burada da, passivliyi ilə seçilən təşkilatlarımız az deyildir. Bu günlərdə saytımızın əməkdaşları Lvov vilayətində olub, bir neçə şəhərdən reportajlar hazırlayıb. Lvov şəhərində soydaşlarımız arasında geniş sorğu keçirən müxbirlərimiz belə qənaətə gəliblər ki, hal-hazırda sözügedən şəhərdə diaspor təşkilatının fəaliyyəti sıfıra bərabərdir. Belə ki, sorğu zamanı, hamı, birmənalı olaraq millətin ağsaqqalının Məcid adlı bir insan olduğunu və hazırda onun haqq dünyasında olduğu vurğulanıb. Soydaşlarımızın dilindən: Bu şəhərdə bir ağsaqqal var idi, o, hamıya kömək edirdi. Onun vaxtında dövlət qurumları, hüquq-mühafizə orqanları millətimizə hörmətlə yanaşırdılar. Məcid müəllim dünyasını dəyişdikdən sonra, bu şəhərdə çox adam diaspor təşkilatı yaradaraq, ağsaqqal olmağa çalışdı. Ancaq alınmadı, çünki onlar ilk günləri özlərini göstərməkdən ötrü bir neçə tədbirlər keçirməyə və milləti ora dəvət etməyə başladılar. Qısa bir müddətdən sonra isə sanki qurbağa gölünə daş atmısan.
Bəli, yerli dövlət orqanlar, soydaşlarımız və yerli millətin nümayəndələri ilə araşdırmalarımızın nəticəsində belə qənaətə gəldik ki, “Azərbaycan Ukrayna Beynəlxalq Alyansın” aktivliyi bu şəhərdə daha nəzərəçarpır, nəinki bu şəhərdə olan digər təşkilatlar.
Əgər Azərbaycan diasporası tezliklə Lvov vilayətində inqilab etməsə, burada, heç şübhəsiz ki, hər küçədə erməni soyqırımına abidə qoyulacaqdır. Buna şəraiti isə gücü az olan diaspor təşkilatlarımız yaradır.
Hansı ki, bu vilayətdə də, ürəyi Vətən eşqi ilə döyünən yüzlərlə güclü, nüfuzlu oğullarımız var.
Sadəcə onlara olan biganə münasibət, mənəmmənəmlik nəticəsində heç kim yaxına gəlmir.
Təkcə Ujqorod şəhərində fəaliyyət göstərən diaspor təşkilatı rəhbərimiz kişi kimi çıxıb dedi ki, mən təqaüdçüyəm, bu işin öhdəsindən gələ bilmirəm. Kim istəyirsə buyurub gəlsin, bu da meydan.
Mövzunu diqqətimizdə saxlayacaq və daha ətraflı yazılarla oxucularımızı tanış edəcəyik.
Diaspor İnfo
Ukrayna Bürosu.
461