SAYTIMIZDA GEDƏN YAZIYA GÖRƏ ERMƏNİLƏR ÖZ AĞSAQQALLARINI HƏDƏLƏMƏYƏ BAŞLADILAR.
Məlum olduğu kimi Diaspor info saytının baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Yaziçilar İttifaqının Üzvü, "Diaspor Təşkilatlarının Monitorinq Mərkəzinin sədri Əlmaniz Ələkbərli keçmiş SSRİ zabiti, Azərbaycanın Oğuz rayonunda doğulub boya -başa çatan Qrand Qudmanyandan müsahibə almışdır. Böyük səs-küyə səbəb olan bu video- müsahibəyə hətta "Dünya Azərbaycanlılarının Diaspor təşkilat rəhbərlərinin Votsap qrupunda" da etiraz edən dırnaqarası Azərbaycanlılar da, tapılmışdır. Və bu gün həmin erməninin yaşadığı Ujqorod şəhərində yaşayan soydaşlarımızla telefon əlaqəsi yaradarkən məlum oldu ki, bir çox qaçqın ermənilər, QRAND QUDMANYAN kimi vətənini sevən bir ağsaqqala, düz danışdığına görə irad bildiriblər. Soydaşlarımız deyir ki, irad ağsaqqalı təhdid etməklə yekunlaşıb. Qəhrəmanımız isə deyib ki, mən doğulduğum vətənimi tərifləmişəm, sizin haqqınızda isə heç bir söz deməmişəm. Keçmiş hərbçi deyib ki, mən yalnız ədalətli danışmalıyam, ahıl yaşımda yalan danışmaq mənə yaraşmaz. Odur ki, ağsaqqal bir daha dediyi fikirləri təkrarlayıb:
QARABAĞ AZƏRBAYCAN TORPAĞIDIR VƏ HƏMİŞƏ DƏ BELƏ OLACAQDIR. QRAND QUDMANYAN
Saytımız və qeyrətli soydaşlarımız adından həqiqəti dediyinə görə, öz şəxsi həyatını təhlükəyə atan Qrand Qudmanyana təşəkkürümüzü bildiririk.
Diaspor info
Kiyev bürosu.