• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Cəhbə Xəbərləri
    • Yazarlar

Moskvada yaşayan azərbaycanlılarla görüş keçirilib

28-11-2019, 14:24 | Baxılıb: 25
“Moskvada yaşayan azərbaycanlılarla görüş keçirilib


Noyabrın 27-də Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) nümayəndə heyətinin Moskvada yaşayan azərbaycanlılarla görüşü keçirilib.

Tədbirdə Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu çıxış edərək öncə tədbir iştirakçılarına Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Rusiyaya rəsmi səfəri barədə ətraflı məlumat verib. Diplomat bu səfərdən yaxşı nəticələr gözlənildiyini vurğulayıb.

Dövlət Komitəsi sədrinin bu ölkəyə ilk rəsmi səfərini və Rusiya azərbaycanlıları ilə aparılan işi yüksək qiymətləndirən səfir soydaşlarımızın çətinliklərindən bəhs edib, problemlərdən çıxış yolları, diaspor təşkilatlarının fəaliyyəti, onların arasındakı münasibətlər barədə fikirlərini bölüşüb. Həmin münasibətlərin səmərəli müstəviyə keçirilməsi məqsədilə görülən işləri, komitənin bu istiqamətdə hansı addımlar ata biləcəyini nəzərə çatdırıb. Bu zaman o, Azərbaycan Diasporuna Dəstək Fondunun yaradılmasını təqdir etdiyini ifadə edib.

Ətraflı çıxışına görə səfirə minnətdarlığını bildirən Fuad Muradov toplantı iştirakçılarına Rusiyaya səfər çərçivəsində keçirilən görüşlər barədə geniş məlumat verib. Dövlət Komitəsinin tarixindən danışaraq, Heydər Əliyevin bu qurumun yaranmasındakı rolundan, Prezident İlham Əliyevin diaspora qayğısından, onun yürütdüyü diaspor siyasətinin artıq öz real nəticələrini göstərdiyindən danışıb. Komitə sədri Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ötən həftə Rusiyaya rəsmi səfər etdiyini xatırladıb. Ali qonağın Rusiyada Prezident Vladimir Putin, Baş nazir Dmitri Medvedev və Federasiya Şurasının sədri Valentina Matviyenko tərəfindən qəbul edilməsi, “Azərbaycan” pavilyonunun açılış mərasimində iştirak etməsi kimi hadisələrin böyük qürur hissi doğurduğunu vurğulayıb.

Ölkələrimiz arasında münasibətlərdən və bu əlaqələrin inkişaf istiqamətlərindən bəhs edərkən, Komitə sədri diasporumuzun Rusiyadakı gücü barədə fikirlərini bölüşüb. Qeyd edib ki, Azərbaycan diasporu yüksək keyfiyyət göstəricilərinə malikdir.

Daha sonra Diaspor Komitəsinin fəaliyyətini əks etdirən video çarx nümayiş olunub.

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yübiley medalı ilə təltif olunan Rauf Atamalıbəyova, Ramiz Abutalıbova və Adil Hacınskiyə medallar təqdim edilib.

Dövlət Komitəsinin adından 65 illik yubileyi münasibətilə “Strateji İnkişafın Modelləşməsi Mərkəzi”nin vitse-prezidenti Həşim Əliyev təbrik edilib.

Tədbir müzakirələrlə davam edib. Müzakirələr zamanı Rusiyadakı soydaşlarımızı maraqlandıran müxtəlif mövzulara toxunulub, fikirlər və təkliflər səsləndirilib.

Moskvada yaşayan azərbaycanlılarla görüş keçirilib
Moskvada yaşayan azərbaycanlılarla görüş keçirilib
Moskvada yaşayan azərbaycanlılarla görüş keçirilib
скачать dle 10.6фильмы бесплатно


25

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Sabah da yağış yağacaq PROQNOZ
Türkiyədən Azərbaycana yük daşımaları artıb
Azərbaycan Rusiyaya 1,2 milyard dollar investisiya yatırıb
“Bakutel 2019”dan yeni rekord: 25 min ziyarətçi olub
“Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkası davam edir
Prezidenti İlham Əliyev Rusiyanın nümayəndə heyətini qəbul edib

Sabah da yağış yağacaq PROQNOZ

Türkiyədən Azərbaycana yük daşımaları artıb

Azərbaycan Rusiyaya 1,2 milyard dollar investisiya yatırıb

“Bakutel 2019”dan yeni rekord: 25 min ziyarətçi olub

“Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkası davam edir

Prezidenti İlham Əliyev Rusiyanın nümayəndə heyətini qəbul edib

Ölkəmizdə Fəal Yaşlanma İndeksi hazırlanacaq

AZƏRBAYCAN HAQQINDA YAXŞI YAZILAR YAZILMIŞ "İMENA" JURNALINA UKRAYNADA BİR ÇOX OFİSLƏRDƏ RAST GƏLMƏK OLAR.

Bakıda 23 yerdə bayram yarmarkası fəaliyyətə başladı

UKRAYNADA YAŞAYAN AZƏRBAYCANLI İŞ ADAMI NAXÇIVAN HAQQINDA NƏLƏRİ DANIŞDI?

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.