AZƏRBAYCANI TƏMƏNNASIZ VƏ REKLAMSIZ TƏBLİĞ EDƏNLƏR.
Diaspor info saytı olaraq, dünyada yaşayan soydaşlarımızla bağlı maraqlı yazılar yazır, diaspor fəallarını azərbaycanda da, tanıtmağa çalışırıq. Rastlaşdığımız soydaşlarımız arasında elələri vardır ki, cibində gəzdirdiyi möhür və vəsiqədən başqa heç nəyi yoxdur. Diaspor fəaliyyəti ilə şəxsi biznesini səhv salanlar, vəyaxud işləyən diaspor rəhbərlərinə müxtəlif yollarla mane olanlar da yetərincədir. Bu hallara daha çox Rusiyanın Tolyatti və Samara şəhərlərində rast gəlmişik. Düzdür Ukraynada da belə hallar az deyildir.
Məlum olduğu kimi Diasporla iş üzrə Dövlət komitəsinin rəhbərliyi dəyişdikdən sonra bu sahədə də, ciddi işlər görülməyə başlandı. Komitə sədri şəxsi nüfuzu sayəsində bir çox küsülü diaspor rəhbərlərini barışdıraraq, “Koordinasiya Şurası” yaratdı. Bu Fuad Muradovun ilk uğuru idi. Daha sonra komitə sədri uzun illər yığılıb qalmış problemlərlə məşğul olmağa başladı. Bu gün dünyanın ən nəhəng, aparıcı dövlətlərində fəaliyyət göstərən diaspor rəhbərləri özlərini arxasız saymırlar, çünki yaşadıqları ölkələrin dövlət rəsmiləri tərəfindən yüksək səviyyədə qəbul olunan Fuad Muradov cavan və səriştəli diplomat kimi yaşadıqları ölkələrdə soydaşlarımızın daha yaxşı qəbul olunması üçün əlindən gələni edir.
Dünyada yaşayan soydaşlarımız arasında elələri də, vardır ki, vətəninə təmənnasız və reklamsız xidmət edirlər.
Bunlardan biri və mən deyərdim ən böyüyü Yunus Alıyevdir. Yunus Alıyev Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Nikalayev vilayəti üzrə sədridir. Diaspor info saytı onun gördüyü işləri işıqlandırana kimi haqqında elə də çox yazılmayan el ağsaqqalı reklamın əleyhinə olduğunu söyləyərək müsahibələrdən qaçırdı. Sonunda onunla görüşüb gördüyü işlərin nə qədər böyük olduğunu və bu işlərin bir nümunə kimi dünyada yayılmalı olduğunu deyəndən sonra müsahibəyə razılıq verdi. Və həmin vaxtdan saytımızla əməkdaşlıq etməyə başladı. Yunus müəllim “416-cı Taqanrok Diviziyasına” qoydurduğu abidə kompleksi yüksək keyfiyyətli mərmərdəndir. O, Azərbaycanlıların Ukrayna, Moldova və Belarusda
göstərdiyi şücaətini özündə əks etdirən Döyüş yolu lövhəsini elə yaradıb ki, buranı ziyarət edən bütün qonaqları valeh edir. Hətta Böyük Vətən müharibəsi iştirakçıları buranı ziyarət edərkən göz yaşlarını saxlaya bilməyiblər. Hər il 9 may qələbə günündə Nikalayevdə havaya qırıcı təyyarələr qaldıran, Azərbaycanlıların qəhrəmanlığını, Ukrayna xalqını Alman faşistlərindən məhz Azərbaycanlıların xilas etməsini bütün dünyaya nümayiş etdirən Yunus Alıyev təkcə bununla kifayətlənmir. Onun gördüyü işləri sadalamaqla bitmir. Hətta soydaşlarımızın belə ona mane olmasına baxmayaraq “Xocalı “ soyqırımı ərəfəsində Nikalayev şəhəri başdan-ayağa erməni cəlladlarının fəhşiliyini özündə əks etdirən reklam tablolarıyla
[center]
bəzədilir.
416-cı Taqanrok diviziyasının şərəfinə qoyulmuş memarial abidə kompleksinin tanıtım lövhələri isə, özlüyündə Azərbaycan xalqının ayrıca bir reklamıdır. Belə ki, lövhədə qarşıda Azərbaycanlıların qəhrəmanlığını əks etdriən memarial kompleks sözünün yazılması, həm də Kiyev magistral yolunun üstündə, bu o deməkdir ki, hər gün minlərlə əcnəbi Azərbaycan sözünü oxuyur. Bax bu xalqımız üçün əvəzolunmaz bir təbliğatdır. Yaşının
ahıl çağına baxmayaraq, Azərbaycan dövləti, dövlətçiliyinin qorunması üçün də, təbliğatından qalmır.
Düzdür onun xidmətləri Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən “Tərəqqi” medalı ilə qiymətləndirilib.
İnanırıq ki, yeni komitə sədri Yunus müəllimin nəvələri ilə oynamalı olduğu zamanda, gecə-gündüz, yorulmadan vətəninə xidmətini nəzərə alacaq və öz layiqli mükafatlarını dövlətimiz tərəfindən alacaqdır.
Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər
Və Yazıçılar Birliyinin Üzvü.
640