FAZİL HACIYEV VƏTƏNİNƏ TƏMƏNNASIZ VƏ LAYİQİNCƏ XİDMƏT EDƏNLƏRDƏNDİR.
UKRAYNADA VƏ AVROPA ÖLKƏLƏRİNDƏ SƏRNİŞİNLƏRƏ YÜKSƏK SƏVİYYƏDƏ XİDMƏT EDƏN HACIYEVİN AVTOBUSLARI AZƏRBAYCAN SOYADINI TƏBLİĞ EDİR.
ƏLMANİZ ƏLƏKBƏRLİ.
Diaspor Təşkilatlarının Monitorinq Mərkəzinin sədri.
Diaspor info saytı olaraq, dünyada yaşayan soydaşlarımızla bağlı maraqlı yazılar yazır, diaspor fəallarını Azərbaycanda da, tanıtmağa çalışırıq. Rastlaşdığımız soydaşlarımız arasında elələri vardır ki, cibində gəzdirdiyi möhür və vəsiqədən başqa heç nəyi yoxdur. Bu mövzunun aktuallığını nəzərə alaraq, “Diaspor Təşkilatlarının Monitorinq Mərkəzinin” sədri Əlmaniz Ələkbərli ilə görüşüb söhbətləşdik, mövzu ətrafında xeyli söhbət etdik:
“Məlum olduğu kimi Diasporla iş üzrə Dövlət komitəsinin rəhbərliyi dəyişdikdən sonra bu sahədə də, ciddi işlər görülməyə başlandı. Komitə sədri şəxsi nüfuzu sayəsində bir çox küsülü diaspor rəhbərlərini barışdıraraq, “Koordinasiya Şurası” yaratdı. Bu Fuad Muradovun ilk uğuru idi. Daha sonra komitə sədri uzun illər yığılıb qalmış problemlərlə məşğul olmağa başladı. Bu gün dünyanın ən nəhəng, aparıcı dövlətlərində fəaliyyət göstərən diaspor rəhbərləri özlərini arxasız saymırlar, çünki yaşadıqları ölkələrin dövlət rəsmiləri tərəfindən yüksək səviyyədə qəbul olunan Fuad Muradov cavan və səriştəli diplomat kimi yaşadıqları ölkələrdə soydaşlarımızın daha yaxşı qəbul olunması üçün əlindən gələni edir.
Diaspor rəhbərləri bilirlər ki, Komitənin qapısı onların üzünə həmişə açıqdır. Fuad Muradov komitəyə “Asan” xidmət kimi şəffaflıq gətirdi. Lakin Azərbaycandan kənarda yaşayan bəzi soydaşlarımız, bəzən bilərəkdən, vəyaxudda bilməyərəkdən bu sahədə çox ciddi problemlər yaradırlar.
Bilirsinizmi bu gün Diaspor fəaliyyəti ilə şəxsi biznesini səhv salanlar, vəyaxud işləyən diaspor rəhbərlərinə müxtəlif yollarla mane olanlar da yetərincədir.
Lakin ciddi diaspor fəaliyyəti ilə məşğul olmayan, bununla bərabər öz işi ilə xalqına layiqincə xidmət edənlər də, az deyildir. Ukraynanın Nikalayev şəhərində yaşayan Fazil Hacıyev də, məhz xalqına təmənnasız xidmət edənlərdəndir. Fazil müəllim əslən Azərbaycanın dilbər guşəsi olan Balakən rayonundandır.
Hələ gənclik illərindən Vətəndən kənarda yaşayır. O, gördüyü işlərlə xalqının, dövlətinin, millətimizin təbliğinə xidmət edir. Bu gün Ukrayna dövləti ilə yanaşı bir çox Avropa ölkələrində “Hacıyevin avtobusları” adı altında sərnişinlərə yüksək səviyyədə xidmət edən avtobuslar məhz Azərbaycanlınındır.”
Bəli, bu gün istənilən şəxs Google.com da axtarış verən zaman “Qadjıyevin avtobuslarına” rast gəlinir. Bu avtobusların Azərbaycanlı sahibkara məxsus olması və xüsusən də, Azərbaycandan kənarda fəaliyyət göstərməsi qürurvericidir.
Fazil müəllim də, “Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin” Nikalayev vilayəti üzrə sədri Yunus Alıyevin ətrafında olmaqla, Azərbaycan dövlətinə sadiqliyini sübut edir. O, öz xalqının adını fəaliyyət göstərdiyi sahədə layiqincə yüksək tutmağı bacarır. Nikalayev şəhərində yerli Dövlət məmurlarının da, qəbul etdiyi, iş adamı, Fazil Hacıyevin rəhbərlik etdiyi sahədə xeyli Azərbaycanlılar da, çalışır.
Bəlkə də, ilk baxışda bu xidmət oxucuya adi hal kimi görünə bilər. Ancaq dərindən düşünən zaman bu ədalətsiz dünyada, təkləndiyimiz bir vaxtda belə bir fəalliyyət təqdirəlayiqdir. Təssəvürünüzə gətirin, Avropa şəhərlərində gəzdiyiniz zaman, küçələrdə şütüyən avtobusun üstündə “Hacıyevin Avtobusları” yazısına rast gəlirsiniz. Bu gün Belarusda, Polşada Hacıyevin avtobusları çox məşhurdur və hamı da bilir ki, bu müasir avtobuslar, yüksək səviyyədə sərnişin daşıma xidməti məhz Azərbaycanlıya məxsusdur. Bu da bir təbliğat növüdür. Bilirik ki, dünyanın hər yerinə Qanqal kolu kimi səpələnmiş ermənilər, şər böhtan atmaqda, vəyaxudda təbliğatda daha aktivdirlər. Odur ki, onların gözləri qarşısından, üzərində Azərbaycan soyadı yazılmış avtobusların avropalıya xidmət göstərməsi düşmənlərimizə böyük bir zərbədir.
Yazının əvvəlində də, qeyd etdiyimiz kimi Fazil müəllim diaspor işində də, həmişə Yunus Alıyevin ətrafında olmuş, keçirilən bir çox tədbirlərdə iştirak edərək öz töhfəsini vermişdir.
Diaspor info
Kiyev bürosu.
822