ƏLMANİZ ƏLƏKBƏRLİ: ÖLKƏDƏ GEDƏN İSLAHATLAR XALQ TƏRƏFİNDƏN BÖYÜK RƏĞBƏTLƏ QARŞILANDI.
Son günlər Azərbaycanda aparılan islahatlar, dövlət qurumlarında, xüsusən də, Prezident aparatında edilən dəyişikliklər xalq tərəfindən rəğbətlə qarşılanıb. Prezident İlham Əliyevin qətiyyətli addımları əhali arasında geniş müzakirəyə səbəb olub. Media işçisi kimi bu sahəyə nəzarət edənlərin, jurnalist sahəsindən böyük gəlirlər əldə edənlərin səlahiyyətinə xitamın verilməsi mənim üçün də, çox xoş oldu. Bunun üçün Cənab Prezidentə, İlham Əliyev cənablarına xüsusi minnətdarlığımı bildirirəm. Hesab edirəm ki, növbəti dəfə Prezidentin bağışladığı mənzillərə kimlərinsə katibələri vəyaxud da, adını yaza bilməyən, ancaq daydayılı jurnalistlər yiyələnməyəcəklər. Anar Ələkbərovun bu sahədə ciddi dəyişikliklər edəcəyinə heç şübhə etmirəm.
KİVDF-nin rəhbəri Vüqar Səfərlinin dediyi, sözdə tam şəffaflığa da, aydınlıq gətiriləcəyinə şübhə etmirəm.
Ümid edirəm ki, rayonlarda padşahlıq iddiasında olan, hətta xadimələrin belə məvacibinə göz dikən icra başçıları da, müasir düşüncəli, yeni kadrlarla əvəzlənəcəkdir. Bölgələrdə uzun illər işləyən bir jurnalist kimi, deyə bilərəm ki, rayonda olan münbit torpaqlara yiyələnən icra başçılarının dəyişdirilməsinə görə bölgələrdə yaşayanlar Azərbaycan Prezidentinə minnətdar olacaqlar.
Vətəndaşlarla etdiyim söhbətlər zamanı bir şeyə bir daha əmin oldum ki, "Xalq İlham Əliyev" birliyi sarsılmazdır. Və xalq dəqiq bilir ki, İlham Əliyev yerlərdə xalqın incidilməsinə razı ola bilməz. Odur ki, çox güman bu yaxınlarda işinin öhdəsindən gəlməyən kadrlarla vidalaşmalı olacağıq. Prezident İlham Əliyevin atdığı hər bir addım xalq tərəfindən rəğbətlə qarşılanır.
Hesab edirəm ki, islahatlar xarici siyasətimizə də siraət edəcəkdir. Belə ki, diaspor işinə müdaxilə və mane olan səfirlərin də, dəyişdirilməsi qaçılmazdır. Çünki maddi vəsaitə görə ümumdövlət maraqlarını qurban verənlərlə işləmək olmaz.
Əlmaniz Ələkbərli.
Baş redaktor.