Kiyevdə deputatın avtomobilinə açılan atəş onun azyaşlı oğlunun ölümü ilə nəticələnib
Ukraynada naməlum şəxs Kiyev Regional Şurasının deputatı Vyaçeslav Sobolevin avtomobilinə atəş açıb.
Diaspor infonun Ukraynanın "TSN" televiziyasına istinadən xəbər verir ki, bu barədə şəhər polisinin mətbuat xidməti məlumat yayıb.
Kiyevin Lev Leo Tolstoy küçəsində baş verən hadisə nəticəsində V.Sobolevin azyaşlı oğlu ölüb.
Deputat oğlunun öldürüldüyünü təsdiqləsə də, əlavə açıqlama verməyib.
Faktla bağlı "Qəsdən adam öldürmə" maddəsi ilə cinayət işi başlanıb.
473