UKRAYNADA YAŞAYAN AZƏRBAYCANLI İŞ ADAMI NAXÇIVAN HAQQINDA NƏLƏRİ DANIŞDI?
İLHAM KƏRİMOV : Mənim üçün Naxçıvan Azərbaycanın Avropasıdır, qədimiliyi ilə yanaşı müasirliyi, təmizliyi və qayda-qanunu ilə, bu ada layiqdir.
Diaspor info saytının Ukrayna bürosu Nikalayev şəhərində olarkən maraqlı bir Azərbaycanlı ilə görüşüb, həmsöhbət olublar.
İlham Kərimov Masallı rayonunun Xıl kəndində doğulmasına baxmayaraq, uşaqlıqda Naxçıvanda da, yaşayıb və bir müddət orta məktəbə də, gedib. İlham Kərimov Nikalayev vilayətində yaşayan fəal diaspor üzvlərindən sayılır. Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Nikalayev vilayəti üzrə sədri Yunus Alıyev, bizi İlham müəllimlə tanış edən zaman dedi ki, bu insan vətənini, dövlətini sevən biridir. İlham müəllim hazırdaUkraynada restoran biznesilə məşğuldur, Azərbaycan mətbəxini yüksək səviyyədə təbliğ edənlərdəndir.
İlham Kərimov kamera qarşısında danışarkən, həyəcanlanaraq, fikirlərini tam ifadə edə bilməsə də, çay süfrəsi ətrafında söhbətimiz zamanı bir çox sahələrdən danışdı. İ. Kərimov deyir ki, mən Naxçıvanda gördüyüm yaxşı işləri harada oluramsa, orada onu xüsusi olaraq qeyd edirəm: Mən Naxçıvana bağlı adamam, özümdən asılı deyil, o torpağın insanlarına məhəbbətim sonsuzdur. Bilmirəm, bəlkə də, orada qohumlarım var ona görədir?! Təssəvvür edirsinizmi cavan vaxtlarım idi, Ümummilli liderimiz Heydər Əliyev hələ Naxçıvanda yaşayırdı.
Xalqın ağır günləri idi, bütün ümidlər, diqqət Naxçıvana, Heydər Əliyevə yönəlmişdi. Mən Naxçıvan bazarında limon satırdım. Birdən kimsə mənə dedi ki, Heydər Əliyev bazara gəlir. Düşündüm ki, bazar böyükdür, mənə onu yaxından görmək qismət olmaz. Birdə baxıb gördüm ki, Ulu öndər qarşımda dayanıb. Çox səmimi bir münasibət göstərərək, dedi: ”Bu limonlar Lənkarandandır?”, dərhal cavab verdim ki, xeyir Masallıdandır. Biraz səmimi söhbət edib getdi. Ömrümün ən xoş anları idi. Dünya şöhrətli siyasətçi, həm də, mənim sevdiyim, fanatı olduğum bir şəxsiyyət mənimlə çox səmimi söhbət etdi.
Mən sonuncu dəfə Naxçıvanda beş il öncə olmuşam. Qohumlarımın toyuna getmişdik, qəribə burasındadır ki, hətta toyu idarə edən tamada belə şəhərin təmiz saxlanılması üçün insanlara, gələn qonaqlara müraciət edirdi. Mənim az yaşım yoxdur, özümə görə çox yerlərdə olmuşam. Naxçıvan kimi təmiz yer, qayda-qanunun işlədiyi yeri heç bir yerdə görmədim. Mənə elə gəlir ki, insanları nə qədər yaxşı olsa da, rəhbərlikdən də, çox şey asılıdır. Mən orada olarkən sürücülərin hamısının kəmərdən istifadə etdiyinin, piyada keçidlərində insanlara qarşı çox mədəni davranıldığının şahidi oldum. Bəs bunu kim yaradıb?, deməli qayda-qanunu bütün rayonlarda yaratmaq olar, təki istək olsun. Hesab edirəm ki, müasir Naxçıvanın qurulmasında Naxçıvan MR-sı Ali məclisinin sədri Vasif Talıbovun xidmətləri misilsizdir.
Naxçıvanın çox qədim bir yaşayış məskəni olduğunu, hamımız bilirik. Qədimi abidələrə, yaşayış məskənlərinə əl vurmadan müasir komplekslər də, yaradılıb ki, bu da buraya gələn turistlərin diqqətini özünə cəlb edir. Mənim üçün Naxçıvan Azərbaycanın Avropasıdır, qədimiliyi ilə yanaşı müasirliyi, təmizliyi və qayda-qanunu ilə bu ada layiqdir.
İstəyirəm sonda öz fikirlərimi sizin vasitənizlə digər soydaşlarımıza da, çatdıram . Əzizlərim biz hamımız fəxr etməliyik ki, Ümummilli liderimiz
Heydər Əliyev kimi dünya şöhrətli siyasətçimiz, şəxsiyyətimiz olub. Bu gün mən cənab Prezident İlham Əliyevin yolunda canımı belə verməyə hazıram. Yaşadığım ölkədə onun haqqında söhbət aparan zaman deyirlər ki, bizim elə prezidentimiz olsaydı əllərimiz üzərində gəzdirərdik. Bəs görəsən biz niyə onun qədrini bilməməliyik? Bir daha deyirəm, əgər lazım olarsa Prezident İlham Əliyevin yolunda canımı belə verməyə hazıram. Bizim Azərbaycan kimi gözəl, müstəqil dövlətimiz var və harada yaşamağımızdan asılı olmayaraq, ona sadiq olmalı və ona qarşı yaxşı davranmalıyıq.”
Bəli, bu gün İlham Kərimov kimi vətənini sevən sadə iş adamlarımız yetərincədir.
Sadəcə hər bir adama şans yaranmır ki, fikirlərini mətbuata deyə bilsin. Biz də çalışdıq ki, ürəyi Vətən eşqi ilə döyünən soydaşlarımızla oxucularımızı da, yaxından tanış edək.
Video-müsahibəni də, yazının sonunda yerləşdiririk.
Diaspor info
Ukrayna bürosu.
1 067