LVOVDA AZƏRBAYCAN MƏDƏNİYYƏT GÜNLƏRİ KEÇİRİLDİ.
Diaspor info saytının Ukrayna bürosu xəbər verir ki, Ukraynanın Lvov şəhərində Azərbaycan Mədəniyyəti Günləri keçirilib.
Azərbaycan Ukrayna Beynəlxalq Alyansın təşkilatçılığı ilə keçirilən Azərbaycan Mədəniyyəti Günləri Azərbaycanın təbliğinə xidmət edir.
Azərbaycan Ukrayna Beynəlxalq Alyansın sədri Elmar Məmmədov saytımızın əməkdaşlarına bildirib ki, Lvovda keçirilən Azərbaycan
Mədəniyyəti Günləri ümumilikdə Azərbaycanın təbliğinə xidmət edir.
Tədbirdə Lvov şəhərində yaşayan soydaşlarımızla yanaşı, yerli millətin nümayəndələri, dövlət rəsmiləri də iştirak ediblər.
Keçirilən tədbirlərin sayına nəzər salarkən açıq-aydın görünür ki, Azərbaycan Ukrayna Beynəlxalq Alyansı daha aktiv diaspor fəaliyyəti ilə məşğuldur.
Alyansın sədri Elmar Məmmədov tədbirlərin, təbliğatın davam edəcəyini bildirib.
Diaspor info
Ukrayna bürosu.
761