HEYDƏR ƏLİYEV OLMASAYDI MÜASİR AZƏRBAYCAN DÖVLƏTİ DƏ OLMAZDI.
Ümummilli lider həmişə xalqının ağır günündə, onun imdadına çatıbdır.
Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Nikalayev vilayəti üzrə sədri.
Yunus Alıyev
Diaspor info saytının Ukrayna bürosu sözügedən ölkədə Ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı yazılarını davam etdirir.
Bu dəfəəki müsahibimiz isə, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Nikalayev vilayəti üzrə sədri Yunus Alıyev oldu.
Yunus müəllim Ulu öndər haqqında saytımıza öz xatirələrini danışıb: ”Ümummilli lider Heydər Əliyev təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının liderlərindən biridir. Xatırlayırsınızsa Azərbaycanın ən ağır günlərində, ən böyük problem müstəqilliyimiz əldə getmək üzərə olan bir zamanda məhz o, öz Vətənini, xalqını xilas etdi.
Həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan ulu öndər Heydər Əliyevdir. Bu gün Azərbaycan xalqı unudulmaz rəhbərin xoşbəxt gələcəyimiz üçün açdığı yolla qətiyyətlə addımlayır. Müasir, müstəqil Azərbaycan Ümummilli liderin şah əsəridir.
2003-cü il Dekabrın 12 –si Azərbaycan xalqı üçün çox ağır bir itgi oldu, xalq öz liderini itirdi. Məhz həmin gündən bu günə kimi 12 dekabr Azərbaycan xalqı üçün Anım günüdür.
Heydər Əliyev haqqında danışarkən Dövlətçilik tariximizə şərəfli və qürurverici səhifə kimi daxil olmuş 15 iyun - Milli Qurtuluş Günü haqqında danışmamaq olmur.
Ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması ilə Azərbaycan yeni mərhələyə qədəm qoydu. Ölkəmizdə mövcud olan gərgin ictimai-siyasi böhran ulu öndər Heydər Əliyevin müdrik, uzaqgörən siyasəti nəticəsində aradan qaldırıldı, sabitlik və iqtisadi inkişaf təmin edildi. Onun işləyib hazırladığı müasir, müstəqil dövlət quruculuğu konsepsiyası müasir Azərbaycanın uğurlarının bünövrəsində dayanaraq gələcək inkişafın, misli görünməmiş uğurların əsasını qoyub.
Azərbaycanın görkəmli oğlu, böyük vətənpərvər Heydər Əliyev ölkənin ağır günündə xalqın təkidli dəvətini qəbul edib paytaxta qayıtmaqla daxili və xarici düşmənlərimizin bütün planlarını iflasa uğratdı. Xilaskarlıq missiyasını öz üzərinə götürən bu böyük şəxsiyyət həyatını təhlükə altında qoyaraq 1993-cü il iyunun 9-da Bakıya gəldi. 1993-cü il iyunun 15-də ulu öndər Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi və həmin gün tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu.
Heydər Əliyev Müasir Azərbaycanın Qarantı oldu. Baxın bu gün biz məhz həmin Azərbaycanın, inkişaf etmiş bir dövlətin varlığına görə məhz Ümummilli liderimiz Heydər Əliyevə borcluyuq.
O çox iri, nəhəng dövlətlərlə iqtisadi sazişlər, müqavilələr bağlamaqla Azərbaycanı bu gözəl günlərə çıxara bildi.
Məhz Ümummilli lider Heydər Əliyevin apardığı uğurlu siyasət nəticəsində Azərbaycan dünyanın inkişaf etmiş, sivil ölkələri sırasına qoşuldu.
Heydər Əliyev Müasir Azərbaycanı quran zaman Diaspor fəaliyyətindəki boşluqlara da diqqət yetirdi və ilk dəfə olaraq xaricdə yaşayan Azərbaycanlıları başına topladı və onları bir olmağa səslədi.
Bu gün Ümummilli Liderin siyasi xəttini layiqincə davam etdirən möhtərəm Prezident Zati-aliləri cənab İlham Əliyevin müdrik idarəçiliyi və beynəlxalq siyasi nüfuzu sayəsində Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan daha böyük nailiyyətlərə və zəfərlərə doğru inamla addımlayır. Ulu Öndərin uzaqgörən daxili və xarici siyasətinin bu gün möhtərəm Prezident cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə uğurla davam etdirilməsinin nəticəsidir ki, regionun lider dövlətinə çevrilən Azərbaycan Respublikası sürətlə inkişaf edir və gündən-günə daha da qüdrətlənir.
Hesab edirəm ki, mənimlə razılaşarsınız, Heydər Əliyev Möhtəşəm Bir Zirvədir.
Zirvə İsə Uzaqdan Daha Aydın Görünər. Heydər Əliyev demişdir ki, Azərbaycan dünyaya Günəş kimi doğacaq, bu belə də oldu.
HEYDƏR ƏLİYEV OLMASAYDI MÜASİR AZƏRBAYCAN DÖVLƏTİ DƏ OLMAZDI.
HEYDƏR ƏLİYEV yaşadığı və rəhbərlik etdiyi bütün dövrlərdə vətəninə, xalqına ləyaqətlə xidmət edib.
Ümummilli lider hələ sovetlər birliyi dövründə belə Azərbaycana rəhbərlik etdiyi vaxtlarda xalqımızın gələcəyini düşünüb. Odur ki, əvvəlcə Azərbaycanı SSRİ respublikaları sırasında iqtisadi göstəricilərinə görə dəfələrlə birinci edib, bununlada geridəqalmış millət fikirindən məharətlə çıxarıb. Heydər Əliyev bütün istiqamətlərdə istedadları üzə çıxararaq Azərbaycandan kənara, Moskvaya və digər inkişaf etmiş şəhərlərə göndərib. Bununla da, Azərbaycan ziyalıları postsovet respublikalarına kök salaraq xalqımızı layiqincə təmsil ediblər.
Azərbaycan gənclərinin daha da savadlı olması üçün el arasında "İnaqorodnı" deyilən savadlı tələbələrin digər respublikalarda Rus dilində təhsil almalarına şərait yaradıb. Ən nəhayət Ulu öndər Azərbaycanın Müstəqilliyini əvvəldən gördüyü üçün milli kadrların hazırlanmasına xüsusi diqqət yetirib. Əsas da hərbi məsələlərə daha ciddi yanaşıb.
Heydər Əliyev bütün keyfiyyətlərinə görə örnək idi, öz xalqına layiq bir lider kimi yetişmişdir. Ailə başçısı kimi, dost kimi, rəhbər kimi və həyat yoldaşına sədaqətli dost olduğunu hər an sübut etmişdir.
Heydər Əliyev Naxçıvanda Müstəqil Azərbaycan bayrağını ilk dəfə iclasa gətizdirən, Sovet generalına Naxçıvanda olan bütün hərbi texnikanın Naxçıvanlılara məxsus olmasını sübut edən bir rəhbər olub.
Ümummilli lider həmişə xalqının ağır günündə, onun imdadına çatıbdır.
Heydər Əliyev Azərbaycan Xalqının yaddaşlarında əbədi həkk olunan bir tarixi şəxsiyyətdir.
Danılmaz faktır ki, Heydər Əliyev olmasaydı Müstəqil və Müasir Azərbaycan dövləti də olmayacaqdı. Çünki böyük güclər bu imkanı boşuna buraxmayacaqdılar. Azərbaycanda xaos, qardaş qırğını başlayan kimi Tülkü kimi fürsət gözləyənlər Azərbaycan müstəqilliyinə əl qoyacaqdılar. Necə ki, 1920-ci ildə bu baş vermişdi.
Heydər Əliyev Tək canı ilə, şəxsi nüfuzu, əqli-savadı ilə Azərbaycana əl uzadanlara qarşı, bütün dünyada olan düşmənlərimizə savaş elan etdi və bu savaşı qələbə ilə başa vurdu.
Özünün Şah Əsəri Olan Müasir, Müstəqil və Əbədi Azərbaycanı Yaratdı.
Tarix yüz, min ildə belə bir şəxsiyyətlər yetişdirir, bizlər xoşbəxtik ki, o məhz bizim lidrimiz olub.”
ALLAH RƏHMƏT ELƏSİN
Diaspor info
Ukrayna bürosu.